Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Təbiətlə öz arzularını, istəklərini bölüşmək qədim bir türk ənənəsidir

                         

Ermənilər öz xislətinə uyğun olaraq işğal etdikləri ərazilərdə daldalanacaq bir  tikili buraxmayıblar. Onlar bu torpaqlarda əbədi qala bilməyəcəklərini əzəl gündən bilirdilər. Buna görə də bacardıqları qədər Azərbaycan torpaqlarını xarabazarlığa çevirirdilər. Elə bilirdilər ki, Azərbaycan xalqı mübarizə aparmayacaq, dədə-baba torpaqlarına qayıtmayacaqlar.

Belə bir əfsanə var: Canavar balalarını ovçu hər il yuvasından yığıb aparır, amma canavar növbəti illərdə yenə orada balalayır.  Öz  yuvasın tərk etmir. Türk oğlu türk də zaman-zaman  nə qədər qırılsa da, yenə şərait yarananda o torpaqlara dönür, o  viran olub talan edilən yurdlarını abadlaşdırırlar.

Cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın mayın 26-da Füzuli,  Cəbrayıl  və Zəngilan  bölgələrinə  səfəri bunun  parlaq nümunəsidir. Cənab  İlham  Əliyev  Horadiz-Cəbrayıl – Zəngilan  dəmir  yolunun  Soltanlı stansiyası  ilə  tanış olduqdan  sonra  Cəbrayıl  330kv  və 110kv-luq  yarımstansiyalarının təməlini  qoydu. Bu  ərazilərdə  gedən abadlıq  işləri  hər  bir  təmiz qanlı Azərbaycan vətəndaşının qəlbini dağa döndərir.

Ölkə Başçısı Zəngilan rayonunda aparılan tikintilərlə, yol ötürücüləri ilə hava limanının  tikintisi  ilə  yaxından  tanış oldu.

Prezidentimiz Zəngilan  rayonunda çay  kənarında  əyləşməsi də  bizi  çox  təsirləndirdi, o sanki öz dərdlərini və qarşıda duran çətin diplomatik mübarizənin  planların bu işğaldan azad olan çayla bölüşürdü.

Təbiət qoynunda tənha oturub sanki  öz arzularını, istəklərini bölüşmək yenə qədim bir türk ənənəsidir. Qazan Xan da yağılar yurdunu  talan edib xarabazara çevirəndə, çaydan ağır elinin onun üzərindən  keçdiyin soruşdu;

Çağnam-çağnam qayalardan çıxan su,

Ağac gəmiləri oynadan su,

Ağ  qoyunlar  gəlib çevrəsində yatdığı  su,

Ordumun xəbərin bilirmisin degil mana!

Qara başım qurban olsun suyum sana-dedi.

Müzəffər Ali Baş Komandanımın çayın  kənarında  yaz  günü əyləşib sakit-sakit, həzin-həzin axan çaya baxıb sanki ondan bu 30 ildə  üstündən keçən  yağıların, axan qanları,  göyə yüksələn ah-vayları, qolu bağlı,  sinəsi dağlı keçən  ellərinin qanının alındığını, onun  bir də  bu  müsibətləri çəkməyəcəyini söyləyirdi. Dərdini təbiətlə paylaşmaq, təbiətin  nələr çəkdiyini, onun gördüyü  dəhşətləri təbiətə  unutdurmaq,  onun  könlünü  almaq, torpağın suyun  türkü bağışlamasını, bu xalqı daim öz üzərində yaşatmasın ondan  xahiş  edirdi.

1086-cı ildə yenidən Qafqaza gələn Səlcuq hökmdarı Məlik  şah  qılıncını  Qaradəniz dalğalarına atdı və  “Buralar əbədi  türklərin  olacaqdır”  dedi.

Hörmətli İlham Əliyev də bu qədim türk ənənəsinə sadiq  qalaraq öz fikirlərin  bu  çayla bölüşür  ki, Azərbaycan bu azad olunan torpaqları günü-gündən abadlaşacaq. Düşmən  nə  qədər  dağıtsa da  müəyyən zaman kəsiyində  bu  torpaqlar yenə cənnətə  dönəcək.

Ali Baş Komandanımız İlham Əliyevin 44 günlük  Vətən  müharibəsindən sonra işğal altından  azad  olan torpaqlarımızın üzərindən  dünya xalqlarına  bir  daha bəyan  etdi ki, Azərbaycan  xalqı  heç vaxt  imkan  verməyəcək  ki,  ərazimizdə ikinci erməni dövləti yaradılsın və  yaxud  onlara xüsusi bir üstünlük  verilsin. Onlar bunu  bilməlidir.

Cənab  İlham  Əliyevin Zəngilanın  “Ağıllı kənd” layihəsi əsasında tikilən Ağalı kəndinin sakinlərinin görüşündə bəyan  etdi  ki,  kənddə  bütün lazımı şərait yaradılıb. Artıq 200 ev hazırdı  və  yaxın  vaxtlarda  öz sakinlərini  qəbul edəcək.  Ali Baş Komandan  İlham Əliyev və  ölkənin Birinci  xanımı Mehriban Əliyevanın  kənd  sakini  Səmədovlar ailəsi ilə  görüşdə,  Cənab İlham Əliyev bir  daha nəzərə çatdırdı ki,  ailənin qızı Gülşən Səmədlinin timsalında bütün gənclərin  doğma torpaqlarına  qayıdacaqlarına əmin olduğunu bildirdi.

 

Sabir Qasımov,

Xocalı rayon Meşəli kənd

tam orta məktəbinin tarix müəllimi

             

             

 


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.