Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan Ordusunun döyüşkənliyi və qəhrəmanlığı bütün dünyaya məlumdur

 

Güclülərin sırasında qərar tutub sənin adin.

Sən həmişə zəfərlərə çox inamla addımladın,

Dastanlara mövzu olub Mübarizin, həm Poladın

Düşənlərin ürəyinə salmısan ölüm qorxusu,

Allah sizləri qorusun Azərbaycan ordusu.


Hər şey vətən üçün olub ən əziz şüarın sənin

Vətən sənə əmanətdir, keşiyindəsən Vətənin.

Qarabağda dastan yazan şəhidlərin, qazilərin,

Qarşınızda baş əyirik, bax budur sözün doğrusu

Allah sizləri qorusun Azərbaycan ordusu.


Artıq Qarabağa düşmən əli yetməyəcək,

Xudayarın xoş avazı qulaqlardan getmeyəcək,

Şəhidlərin qanı heç vaxt yerdə qalıb, itməyəcək

Qarabağı azad edib yaşatdız zəfər duyğusu,

Allah sizləri qorusun Azərbaycan ordusu.


        Torpaqlarımız azad olunması ilə nəticələnən Vətən müharibəsi xalqımızın qürur mənbəyi, şərəf tarixidir. Bu qüruru bizə yaşadan isə möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz oldu. Bu gün başımız uca, alnımız açıqdır. İşğal altında olan torpaqlarımız artıq azaddır, həm də​ sürətlə bərpa olunur.​

       ​ Vətən müharibəsində bu qələbəni bizə yaşadan qəhrəman oğullarımızın böyük əksəriyyəti Qarabağı görməmişdir. Buna baxmayaraq, əzəli yurdumuzun xəritəsini beyinlərinə, sevgisini ürəklərinə həkk edib, irəli atıldılar. Onlar düşməni əzib torpaqlarımızı, adımızı, şərəfimizi geri qaytardılar.​ ​

​ Mənim gənclik illərim torpaqlarımızın işğalı dövrünə təsadüf etdiyindən o acılı günləri yaxşı xatırlayıram. Aclıq, səfalət, xaos dolu o günlər insanlarda bir çaşqınlıq, ümidsizlik yaratmışdı. Dövlətçiliyimiz böyük təhdid və təhlükə altinda idi. Böyük dövlətlər və beynəlxalq qurumlar ya seyrçi mövqedə durur, ya da gizli formada Ermənistana dəstək verirdilər.

      ​ Ancaq Azərbaycan xalqı heç vaxt ümidlərini itirmədi. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişi, Azərbaycanın dövlətçiliyin və müstəqilliyin xilası yolunda həyata keçirdiyi missiya ilə başlanan böyük siyasət bu ümidi gerçəkləşdirdi. Ulu öndər Heydər Əliyev müdrikcəsinə ilk öncə atəşkəsə nail oldu. Daha sonra ölkə iqtisadiyyatının bərpasına start verildi. Ulu öndərin dediyi kimi, yalnız iqtisadiyyatı güclü olan dövlət düşmən üzərində qələbə qazana bilərdi. Eyni zamanda güclü iqtisadiyyat həm də​ güclü ordu demək idi. 1994-cü ildə imzalanmış "Əsrin kontaktı" tariximizin dönüş nöqtəsi oldu.​

       ​ Ümummilli lider Heydər Əliyev Ermənistanla danışıqlar prosesində hər zaman Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etdi. Amma danışıqlar prosesində iştirak edən beynəlxalq təşkilatlar və dövlətlər həmişə ikili siyasət yürütdülər, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində maraq göstərmədilər.

    ​ Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda böyük bir inkişaf siyasəti həyata keçirən Heydər Əliyev bütün siyasi fəaliyyəti boyu torpaqrımızın işğaldan azad olunması uğrunda mübarizə apardı. Ulu öndər Azərbaycan Ordusu yaratdı, danışıqlar prosesinin Azərbaycanın mənafeyinə zidd məcraya yönəlməsinə imkan vermədi.

      ​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərliyin ilk günündən Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirdi. Bu siyasətin əsas vəzifələrindən biri torpaqlarımız erməni işğalından azad olunması idi. Danışıqlar prosesində dövlətimizin milli maraqlarına zidd təklifləri rədd edən İlham Əliyev bəyan etdi ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək və istənilən yolla işğal altındakı ərazilərimiz azad ediləcək. Bu illər ərzində həyata keçirilən ordu quruculuğu göstərirdi ki, danışıqlar mənasız başa çatacağı təqdirdə Azərbaycan hərbi yolla torpaqlarını geri qaytaracaq.​

     ​ Apardığı uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanı nəinki Qafqazın, hətta dünyanın inkişaf etməkdə olan dövlətinə çevrən möhtərəm Prezident İlham Əliyev bununla həm də olkəni sürətlə böyük zəfərə doğru apardı. Hər il dövlət büdcəsi təsdiq edilərken cənab Prezident iki məsələyə xüsusi diqqət yetirirdi:- müdafiə və sosial rifah.

     ​ İlham Əliyev Azərbaycan Ordusunu gücləndirdi, müasir müdafiə sənayesinin təməlini qoydu. Milli Ordumuz ən müasir silahlarla təchiz olundu, ən yüksək döyüş imkanlarını mənimsədi. Bununla belə, Azərbaycan həmişə beynəlxalq hüquqa hörmət etdiyini, torpaqlarının da beynəlxalq hüququn norma və prinsipləri əsasında azad olunmasına tərəfdar olduğunu bəyan edirdi.​

     ​ Amma istər Ermənistan, istərsə də ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar yenə də öz mövqelərinindən əl çəkmədilər. Azərbaycan vətəndaşılarının məğlubiyyətlə barışacağını düşünənlər yanılırlar. 44 günlük Vətən müharibəsi xalqımızın öz azadlığı, öz milli haqqı uğrunda mübarizəsinin təntənəsi oldu. Beynəlxalq hüquqa əməl etməyən Ermənistanı Azərbaycan güc yolu ilə cəzalandırdı və BMT qətnamələri ilə yanaşı, bütün beynəlxalq sənədlərin tələblərinin həyata keçməsini təmin etdi.

​ Artıq 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azaddır. Vasitəçilərin bu müddətdə həll edə bilmədikləri və ya həll etmək istəmədikləri Dağlıq Qarabağ problemini Azərbaycan Ordusu 44 günə həll etdi.

     ​ Bu gün Azərbaycan Ordusunun döyüşkənliyi və qəhrəmanlığı bütün dünyaya məlumdur. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad olunmuş ərazilərimizin mühafizəsi və müdafiəsində.​ ​ ​ ​ ​

 "Dəmir yumruq " kimi dayanaraq düşmənin canına qorxu salmaqdadir. İftixarımız, qürurumuz, güvən yerimiz olan ordumuzla fəxr edir, qalib xalq olmağın xoşbəxtçiliyini yaşayırıq.

Yaşasın Azərbaycan!​

Var olsun Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Reyhan Əliyeva,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.