Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir

     ​ ​ Texnofest ingilis dilindən tərcümədə Aviasiya, Kosmos ve Texnologiya Festivalı deməkdir. Bu, Baykar şirkətinin texniki direktoru, "Qarabağ" ordenli konstruktor Səlcuq Bayraqdar tərəfindən təşkil edilən ilk ve yeganə festivaldır.

​ ​ 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz hüquqi respublikasını yaradıb. 28 May - Respublika Günü Azərbaycan tarixinin şanlı səhifəsidir. 2022-ci il 28 May tarixində Texnofest festivalı Azərbaycanda qeyd olundu.Bu ölkələrarası ilk hadisə idi. Festivalın bu tarixdə seçilməsi təsadüfi deyil. Qardaş Türkiyə dövləti həm keçmiş tariximizdə, həm də bugünkü tariximizdə öz köməkliyini göstərərək silinməz izlər buraxmışlar. Bu festivalda dövlət başçılarının və digər nümayəndələrin qırmızı libas geyinməkləri məndə dərin hisslər yaşatdı. Bu bizim qardaşlığımızın, birliyimizin göstəricisidir. Festivalda dövlət başçımız cənab İlham Əliyevin çıxışı bizləri daha da qürurlandırdı. Çıxışına qardaşım Rəcəb Taib Ərdoğan deyə sözünə başladı. Prezidentimiz Azərbaycan xalqının müstəqillik bayramını təbrik etdi. 44 günlük müharibədə çiyin-çiyinə dayandıqlarını, bizi bir an belə də tək buraxmadıqlarını bildirdi və hərbi paradda Azərbaycan xalqının yanında dayanaraq birliyini sübut etdi. Bunun üçün öz minnətdarlığını bildirdi.​

      ​ Türkiyə Cümhur başqanı Rəcəb Taib Ərdoğan da bayramımızı təbrik etdi. Müharibədə şəhid olanlara allahdan rəhmət dilədi Prezident Can Azərbaycan deyərək sözünü tamamladı.

​ ​    44 günlük Vətən müharibəsində dünyanı heyrətə gətirən "Bayraqdar-2 " pilotsuz hücum təyyarələri sözün həqiqi mənasında ulduz müharibəsini xatırlatdı. İkinci Qarabağ müharibəsini tarixin ilk "dron müharibəsi" kimi qeyd etdilər. Bir sözlə, 44 günlük müharibədəki böyük qələbədə qardaş Türkiyənin danılmaz payı var.

​ ​ ​ ​ Mən Azərbaycan xalqının bir gənci olaraq qürur hissi duyuram. Biz bir dövlət, iki millətik. Yaşasın, Azərbaycan, Türkiyə​ qardaşlığı!​

Maral Əliyeva,

Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbin müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.