Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iyun ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, iyun ayının 2-də Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri ilə səyyar qəbul keçirdi.
Səyyar qəbul - görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayon prokuroru Əvəz Əliyev, Xocalı Rayon Polis Şöbəsinin rəisi Zaur Nəbiyev, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində şöbə müdirinin müavini Bəxtiyar Allahverdiyev və sakinlər iştirak etdilər.
Ümumi məsələlər səsləndikdən sonra problemi olan sakinlər fərdi şəkildə qəbul edildi. Fərdi müraciətlər əsasən, iş ilə təminat, səhiyyə xərcləri, qızının yerli sakinlə nikah bağladığı üçün kəsilmiş vahid aylıq müavinətinin boşandıqdan sonra bərpa edilməsinə köməklik və digər məsələlər barədə oldu.
Hiç yorum yok:
Yorum Gönder