Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti ilə xalqımız dünyada təklənmək təhlükəsindən xilas olmuşdur

         Xalqımızın Qurtuluş tarixi-onun taleyini dəyişən önəmli bir gündür.

        Məhz 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik yoluna qədəm qoydu və bu tarixi gün respublikamızın davamlı inkişafına, bugünkü dinamik və dünyada yüksələn nüfuzunun artmasına bir başa təsir edən önəmli hadisədir

       Lakin müstəqilliyin əldə edilməsi qədər qorunub saxlanması, sabitlik və təhlükəsizliyin təmini də önəmli məsələdir. Bu baxımdan müstəqilliyin ilk illərində ölkəmizdəki daxili vəziyyət heç də müstəqilliyin qorunmasına deyil, ictimai mühitdə hərc-mərcliyə, siyasi böhrana, hakimiyyət davasına, qeyri-sağlam fəaliyyətə əsaslanmışdır. Təbii ki, bu da xalqın ağır durumuna, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsinə gətirib çıxarırdı. Xalqın mandatı olmadan hakimiyyəti ələ keçirmiş Mütəllibov rejimi imperiyaya yarınmaq siyasəti yeridir, Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək, ordu quruculuğuna başlamaq və digər bu kimi tədbirlərin keçirilməsində heç bir marağı olmayan Ayaz Mütəllibov yalnızca öz şəxsi hakimiyyətini qoruyub saxlamağa çalışırdı.

       Bu dövrdə meydan qəhrəmanları özlərini azadlıq hərəkatının lideri adlandırsalar da, əslində ölkədə gedən proseslər, milli azadlıq hərəkatının, müstəqillik meyillərinin güclənməsi bütün keçmiş SSRİ məkanında, hətta dünya miqyasında cərəyan edən proseslərlə sıx bağlı idi.

        1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını, ayrı-ayrı bölgələrdə qardaş qırğını, parçalanma meyilləri, torpaqlarımızın ardıcıl olaraq itirilməsi Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planını tam gücü ilə işə salmışdı. Qiyamçıların Baş nazir, Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etməsi bu xaosu daha da dərinləşdirirdi. Bu baş verən genişmiqyaslı məhv olma yolunda yeganə çıxış yolunu ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməkdə gördü.

       Və bu dəvəti geri çevirməyən Vətənin xilaskarı, xalqın qurtarıcı lideri, Ulu Öndərimiz özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin , tənəzzülün, dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin xilas olması və ildən-ilə güclənməsi və sarsılmazlığını təmin etdi. İqtisadiyyat dirçəldi, sosial sahədə gerilik və ətalət aradan qalxdı. Əhalinin rifahı, sosial müdafiəsi Ulu Öndərin əsas qayəsi olmuşdur.

        Bütün bu sadaladığımız və sadalamaqla bitməyən uğurlu siyasət Azərbaycanın, məhz 15 iyun Qurtuluş Günündən firəvan gələcəyə aparan yolun başlanğıcında olmasının bariz nümunəsidir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15iyun günü Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir.

       Bu siyasi yolu uğurla davam etdirən, Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində bu gün biz 15 iyun Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edirik. Bu yol Ulu Öndər, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü Ulu Öndərin qürurla dediyi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki,mən azərbaycanlıyam”-kəlamı ilə bitirmək istəyirəm. Yaşasın Müzəffər Ali Baş Komandan və Müstəqil Azərbaycan!.

Ülviyyə Rəhimli,

Xocalı rayon gənci 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.