Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Bütün dünyada “Bayraktar”dan və İkinci Qarabağ müharibəsindəki əzəmətli Zəfərimizdən danışılır

 


    “TEKNOFEST AZƏRBAYCAN"    festivalında Möhtərəm Prezidentimiz İlham Əliyevin tarixi çıxışı Azərbaycan – Türkiyə qardaşlığının əbədi olduğunu bir daha sübut etdi.   
         Prezidentimiz yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqının ilk dəfə Xalq Cümhuriyyətini qurmasından, iki ildən sonra bu Cümhuriyyətin süquta uğramasından, Azərbaycanın öz müstəqilliyini itirməsindən bəhs etdi.
       30 illik müstəqillik tariximizdən, xalqımızın öz müqəddəratını həll etməsindən və bu illər ərzində türk qardaşlarımızın daim bizim yanımızda olmalarından söhbət açdı.
       Prezidentimiz Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanla sıx əlaqə saxladıqlarını, daimi məsləhətləşmələr apardıqlarını qeyd etdi. Türkiyə və Azərbaycan bölgədə sülh, əminamanlıq, barış olmağını istəyir və bu siyasəti davam etdirir.
      Xalqlarımız daim çiyin-çiyinə düşmənlərə, yəni ermənilərə qarşı vuruşmuş, birgə mübarizə aparmışlar. 1918-ci ilin sentyabrında Bakını ermənilərdən təmizləmiş, Azadlıq meydanında Türkiyə və Azərbaycan əsgərləri hərbi parad keçirmişlər. Tarix təkrar olunur. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Bu bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, biz bir yerdə olacağıq, gücümüz gündən-günə artacaq.
      Keçən il iyunun 15-də Milli Qurtuluş  Günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla Şuşada olmalarından, “Şuşa Bəyannaməsi”ndən fəxarətlə danışdı.
       Möhtərəm Prezidentimiz bu gün “TEKNOFEST”in bizim birliyimizin növbəti nümunəsi, təzahürü olduğunu vurğuladı. Bu, bilik, elm, texnologiya bayramının hər iki ölkənin gənclərinin bir-birinə yaxınlaşmasına, tanımasına və gələcəkdə də bir yerdə olmalarına kömək edəcəkdir.
       Türk dünyasının böyük oğlu, dünya şöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Səncərin də
“TEKNOFEST”in fəxri qonağı olduğunu qeyd etdi.
       Səlcuk Bayraktarı səmimiyyətlə salamlayan Prezidentimiz “Bayraktar”  PUA-larının İkinci Qarabağ müharibəsindəki rolunu xüsusi qeyd etdi. Artıq bütün dünyada “Bayraktar”dan və İkinci Qarabağ müharibəsindəki əzəmətli  Zəfər qələbəmizdən danışılır.
       Prezident, Ali Baş Komandan İlham Əliyev yekunda əmin etdi ki, bizim aramızdakı qardaşlıq bundan sonra daim yüksələn xətt üzrə ancaq və ancaq irəliyə gedəcək.
        Biz, təhsil işçiləri Ali Baş Komandan, Ümummilli Liderimizin davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin bütün nitqlərini diqqətlə dinləyirik.
       Bizim üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Gənclərimizin ağıllı, elmli, iti zəkaya malik olmaları üçün əlimizdən gələni edirik.
       Onlarda Vətən sevgisi, “Türk türkün qardaşıdır, arxasıdır” fikrini aşılayırıq.
       Biz təhsil işçiləri, eləcə də bütün Azərbaycan və Türk xalqı böyük Liderlərimizin sayəsində bu sevgini, qardaşlığı qoruyacağıq!
       Bir sözlə, Möhtərəm Prezidentimizin təbiri ilə desək, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, dönməzdir və sarsılmazdır!

     Yaşasın Azərbaycan və Türkiyə birliyi, qardaşlığı, müttəfiqliyi!

Xudayar Quliyev,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.