Cənab Prezident İlham Əliyevin Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmaları əsaslı, tutarlı və cavaba cavab xarakterindədir

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.

      Forumda Azərbaycanın Prezidenti İlham Əliyev cənabları çıxış etmişdir. Cənab prezidentimizin çıxışının çoxsahəli olmasına baxmayaraq, çalışacağam ki, onun Cənubi Qafqazda əmin-amanlıqla bağlı söylədiyi fikirlərə öz münasibətimi bildirim. O, bildirmişdir ki, Qarabağ münaqişəsinin həlli, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Cənab Prezidentimiz qeyd edir ki, ötən il mən işğal, dağıntı və xalqımızın demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər - siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər.

        Onu da qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş ərazilərimizdə dağıntılar və onun miqyası ilə bağlı aparılan tanıtım, təbliğat, nümayiş, sənədləşdirmə və başqa tədbirlər çox təqdirəlayqdir o baxımdan ki, gələcəkdə erməni vandalizminin miqyasının ölçülməsi və deyilməsi ilə bağlı bizim səsimiz tək çıxmayacaq- öz gözləri ilə bu vəhşiliyi görən və lentə alan olacaq.

        Cənab Prezident İlham Əliyevin Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmaları əsaslı, tutarlı və cavaba cavab xarakterindədir. Cənab Prezident qeyd edir ki, Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.

        Fikrimcə Cənab Prezidentin əgər Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkməzsə, bizim də ona qarşı həqiqi ərazi iddiası üçün tarixi köklərə malik əsasımız var deməsi ermənilərə tutarlı cavab olamaqla yanaşı, Rusiyaya da siqnal olmalıdır. Cənab prezidentimiz fikirlərində açıq qeyd edir ki, Qərbi Zəngəzuru Azərbaycandan  azərbaycanlıların iradəsi olmadan qoparıb Ermənistana verən sovet rusudur. Demək Rusiyanın Ukrayna ərazi iddiaları fonunda Azərbaycanın Qərbi Zəngəzuru mübahisələndirməsi Cənab Prezidentimizin gələcəyə yonümlü strateji addımıdır. Cənab Prezident deyir: “Ermənistanla münasibətlərin normallaşması prosesinə gəlincə, biz sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdik”.

         Əgər ermənilər Azərbaycan ordusunun onları bir daha əzmələrindən dərs çıxarmasalar “Dəmir yumruğ”u bir daha başlarında hiss edəcəklər... Yoxxx mən zənn etmirəm ki, onlar buna bir daha risk edələr. Azərbaycanımızın artmaqda olan istər insan potensialı, istərsədə Dövlətimizin iqtisadi gücü qarşısında onların heç zaman şansları olmayacaq.

        Beləliklə, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var. Bunu Prezident İlham Əliyev çıxışında qeyd edib.

        Cənab Prezidentimizin rəhbəriliyi ilə Qarabağımızı azad etdik, Dövlətimiz bütöv əraziləri üzərində öz suverenliyini əldə etdi. Bizim növnəti hədəfimiz İlham Əliyev Cənablarının öndərliyi ilə böyük millətimizin birliyinə nail olmaqdır...

       Biz xoşbəxdik ki, bu günlərin tarixi şahidləriyik.

 

 İlduzə Əliyeva,

Xocalı rayon Qaragav kənd tam orta məktəbinin müəllimi

Yorum Gönder

Daha yeni Daha eski