Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

“Dünya Türkün gücünü görsün, yerini bilsin”

TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı əldə rəhbər tutan bir ruhdur. Bu ruh ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə inkişaf etdirmək səfərbərliyidir. Mənə dünən ilk dəfə görməyin nəsib olduğu işğaldan azad edilmiş qədim şəhərimiz Şuşada, Cıdır düzündə, o geniş düzdə azad şəkildə gəzərkən bu ruhu daha da dərindən hiss etdim. “TEKNOFEST”i niyə keçiririk?” deyə soruşduğum universitet tələbəsi gənc bir qız bu ruhu belə ifadə edərək dedi: “Dünya Türkün gücünü görsün, yerini bilsin”.

Biz də bu yola bu amalla çıxmışıq, “TEKNOFEST”in şüarının artıq düşüncələrdə yer aldığını görürük. Bundan sonra üzərimizə düşən vəzifə türk nəsillərinin yolunu açmaq üçün dayanmadan çalışmaqdır. İnanıram ki, bu yarışlardan çıxacaq gənc qardaşlarım bu ruhdan aldıqları ilhamla irəliləyəcək və tam müstəqillik mübarizəsində ən öndə olacaqlar.Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar.

Qoşqar Orucov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.