Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Dünyamızı və əhalimizi qoruyaq

        Bakı yenə dünya əhəmiyyətli Beynəlxalq Foruma ev sahibliyi etdi. 16 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılılğı ilə “ Qlobal dünya nizamına təhdidlər “ mövzusunda IX Qlobal Bakı Forumu işə başladı. Forumda əllidən artıq ölkədən olan müxtəlif peşə sahibləri, sabiq və hazırki dövrdə öz ölkələrində aparıcı vəzifələrə sahib olan 400-ə qədər nümayəndə iştirak edirdi. Forumda əvvəlcə xatirə fotosu çəkdirildi. Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin IX Qlobal Bakı Forumunu açaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə söz verdi. Forumda qonaqları salamlayan İlham Əliyev onlara bu forumda iştiraklarına görə təşəkkürünü bildirdi. Dövlət başçımız bundan əvvəlki forumu indiki ilə müqayisə edərək ölkələrin nümayəndə heyətlərinin sayının artdığını qeyd etdi. Cənab Prezident gələcəkdə dünyanı bürüyəcək ərzaq böhranının qarşısının alınması üçün təsirli tədbirlərin görülməsində hər bir ölkənin rolunun vacibliyini vurğuladı. Netf-qaz ixrac edən ölkələrin yüksək qazanc əldə etdiyinə sevinməsini düşünənlər səhv edirlər. İstehsalçı və istehlakçı arasında sağlam inkişaf mühiti formalaşmalıdır. Beynəlxalq təşkilatlara gəldikdə isə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi 28 ildən artıq bir dövrdə davam edən keçmiş Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində heç bir rola malik olmadığını təsdiqlədi. Azərbaycan Beynəlxalq Qanunlara istinad edərək və öz Konstitusion hüquqlarından çıxış edərək 44 günlük əks-hücumla öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşlar ölkə qanunlarına hörmət edərək vətəndaşlığı qəbul edib yaşaya bilər. Lakin Ermənistan hökuməti hələ də xam xəyallarla yaşayır. Artıq Dağlıq Qarabağ yoxdur və heç bir statusdan söhbət gedə bilməz. 10 noyabr 2020-ci il razılaşmasına əsasən Azərbaycan tərəfi erməni əhalinin Laçın vasitəsilə Xankəndi və ətraf ərazilərə gediş-gəlişinə şərait yaradır. Lakin Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çıxışı Ermənistan tərəfindən hələ də əngəllənir. Bütün bunlara baxmayaraq Azərbaycan Beynəlxalq əhəmiyyətə malik olan və Qafqazın inkişafında böyük rol oynayan kommunikasiyaların işlənməsini Beynəlxalq Qanunlar çərçivəsində həll edəcək. Çıxışının sonunda dövlət başçısı Azərbaycanda yaxşı dincəlməyi onlara tövsiyə etdi. Çıxış edən qonaqlar ölkə paytaxtının əhəmiyyətli dərəcədə inkişaf etdiyini qeyd etdi. İyunun 19-da işğaldan azad edilmiş ərazilərə səfər edən forum iştirakçıları Füzuli Beynəlxalq hava limanına, oradan da dünyanın mədəniyyət paytaxtı Şuşaya səfər etdilər. Onlar erməni vandallığının nəticələri və Azərbaycan hökumətinin quruculuq işlərini gördülər. Azərbaycanın Üçrəngli bayrağının Xankəndində, Xocalıda, Ağdərədə dalğalanacağı və belə qonaqların oraya səfər edəcəkləri gün çox da uzaqda deyil. 

Xatirə HƏSƏNOVA, 

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.