Güclü iqtisadiyyatın uğurlu siyasi nəticəsi

1 iyun 2022-ci il tarixdə Bakı Ekspo Mərkəzində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak etmişdir. O, qonaqları salamlayaraq Bakı Enerji həftəsi təşkilat komitəsinin nümayəndəsi kimi çıxış etməyini özünə lşərəf hesab etmişdir. Koronavirus pandemiyası dövründə belə tədbirlər şəraitə uyğun olaraq onlayın formada keçirilmişdir. Azərbaycan koronavirusa qarşı mübarizədə bəzi dölətlərə hətta bu bəla ilə mübarizə üçün humanitar yardım da göstərmişdir. Ölkə daxilində koronavirusa qarşı proflaktik tədbirlərin görülməsi ön plnda olmuşdur. Xəstələrin müalicəsi üçün tez bir zamanda modul tipli xəstrəxanalar quraşdırılmış, əhalinin peyvəndlənməsi üçün zəruri tədbirlər görülmüşdür. Bu enerji həftəsi özündə üç ayrı layihəni ifadə edir. Bu 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, onuncu yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgiləridir. Azərbaycan dünyada ümumi neft, qaz energetika sistemində mühüm rol oynayır. Buna görə də bu tədbirlərə Azərbaycanın paytaxtı Azərbaycan ev sahibliyi edir. Xəzər dənizində “Şahdəniz” yatağının kəşfi, Bakı-Tiblisi-Ərzurum qaz-boru kəmərinin istismara verilməsi, Bakı-Tibilisi-Ceyhan neft-boru kəmərinin  işə düşməsi Azərbaycanın təkcə bölgə üçün deyil, dünya üçün enerji sektorunda mühüm rol oynadığını göstərdi. Bu görülən işlər Azərbaycanın Xəzər dənizi vasitəsi ilə Aralıq dənizinə çıxışını təmin etdi. Dünyanın ümumi energetika sahəsində inkişaf etmiş dövlətləri Azərbaycanla əməkdaşlıq etməkdə yanılmadıqlarını təsdiqlədilər.  Azərbaycanın iqtisadi sahədəki irəiləyişi və beynəlxalq arenada tanınması siyasi sahədə də böyük divident qazanmasına səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iqtisadi və siyasi sahədə uğurlu addımı Qarabağ məsələsində haqq işimizə böyük töhfə verdi. İşğaladan azad edilmiş torpaqlarımızda aparılacaq  tikinti-quruculuq işlərinə  dövlətimizdən başqa xarici şirkətlərin könüllü surətdə yardım etmə təkliflıəri qurulan etibarlı  iqtisadi, siyasi əlaqələrin uğurlu nəticəsidir. Azərbaycanın quruculuq  işləri  üçrəngli bayrağımızın dalğalanacağı Xocalı, Xankəndi, Ağdərədə  aparıllacağı gün çox da uzaqda deyildir. Yaşasın müstəqil Azərbaycan Respublikası! Qarabağ Azərbaycandır!

Pərviz HƏSƏNLİ,

Xocalı rayon gənci 

 

Yorum Gönder

Daha yeni Daha eski