Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycan tarixinin, bərpa olunmuş müstəqilliyimizin yeni tarixi bir dövrü başlandı

 

           15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün yaddaşlardan silinməyən tarixi bir hadisədir. Bu qurtuluş dünya tarixində özünün uzaqgörən siyasəti, dərin zəkası, müdrikliyi ilə seçilən ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə baş vermişdir. Tarixi keçmişə nəzər salsaq görərik ki, Azərbaycan xalqının başı tarixən çox bəlalar çəkmiş və mənfur düşmənlərimiz müqəddəs torpaqlarımızı ələ keçirmək üçün bütün vasitələrdən istifadə etmişlər.

          Hələ sovetlər dövründə Azərbaycan Zaqafqaziya respulikaları arasında inkişaf səviyyəsinə görə ən geridə qalmış respublikalardan biri hesab olunurdu. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmiz   inkişaf və quruculuq işlərinə, iqtisadi və mədəni göstəricilərinə görə digər ölkələri geridə qoydu. Ümummilli liderimiz Heydər Əliyevin apardığı bu uğurlu siyasət ermənilərin mənfur hiylələrə əl atmasına  səbəb oldu. Bunun nəticəsində Heydər Əliyev öz vəzifəsindən uzaqlaşdırıldı. Nəticədə Heydər Əliyevin vəzifədən getməsi ermənilərin Qarabağ hərəkatına başlaması üçün əsas amillərdən birinə çevrilmişdi. Xalqımızın müstəqil yaşamasının əleyhinə olan daxildəki qüvvələr getdikcə daha da güclənirdi. Azərbaycan böyük təhlükə qarşısında idi. 1991-1993-cü illədə  torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, ölkədə gərginləşən siyasi vəziyyət və özbaşınalıq nəticəsində Azərbaycan xalqının məhv olması təhlükəsi yaranmışdır. O zaman Azərbaycanın güclü bir liderə ehtiyacı var idi. Xalq başa düşdü ki, belə çətin və ağır vəziyyətdən dövlətimizi ancaq Heydər Əliyev kimi müdrik, qətiyyətli bir şəxs çıxara bilər. Xalqın tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycan tarixinin, bərpa olunmuş müstəqilliyimizin yeni tarixi bir dövrü başlandı. Beləliklə, Heydər Əliyev 1993-cü ilin iyun  ayının 15-də Milli Məclisin sessiyasında Ali Sovetin sədri seçildi. Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı olan həmin gün Milli Məclis tərəfindən 1997-ci ildə Milli Qurtuluş Günü elan olundu. Məhz bu tarixdən sonra ölkəmizdə baş alıb gedən özbaşınalıq, soyğunçuluq və talançılıq dayandırıldı, cinayətkarlar məsuliyyətə cəlb edildi, hüquqi dövlətin əsası qoyuldu. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın xoşbəxt gələcəyi naminə hər zaman çalışmışdır. Bugünkü sabitliyin, demokratiya sahəsində əldə olunan nailiyyətlərin demək olar ki, hər biri məhz Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik Öndərimizin qurduğu müstəqil Azərbaycan bu gün də yaşayır, inkişaf edir və çiçəklənir. Heydər Əliyev siyasi  kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də bu siyasəti layiqincə davam etdirir. Onun hərb, hüquq, təhsil və digər sahələrdə həyata keçirdiyi siyasət Heydər Əliyev ideyalarının parlaq təzahürüdür. 

           Türkan Hümbətova, 

Xocalı rayonundan məcburi köçkün

 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.