Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Müstəqil dövlətçiliyimizin qurucusu və banisi Ümumilli lider Heydər Əliyev

        Müstəqil dövlətə çevrilmiş Azərbaycan Respublikası olduqca mürəkkəb beynəlxalq şəraitdə fəaliyyət göstərməli idi.  Xalq cəbhəsi-müsavat hakimiyyəti dövründə Respublikada iqtisadi və siyasi böhran dərinləşmişdir. Təcrübəsiz, idarəetmə səriştəsi olmayan adamların hakimiyyətə gəlməsi Azərbaycan xalqına baha başa gəldi. AXC müsavat hakimiyyəti xarici siyasətdə ciddi qüsurlara yol verdi. Böyük dövlətlərin iqtisadi və siyasi maraqlarına əsaslanan dünya siyasətini düzgün qiymətləndirmədi. 1993-cü ilin iyununda ölkəmizin dövlət müstəqilliyi təhlükə qarşısında qaldı. Siyasi böhran ölkəni parçalanma və vətəndaş müharbəsi həddinə çatdırdıqda iqtidar Heydər Əliyevə müraciət etdi. 

       Ümumilli Lider Heydər Əliyevin uzaqgörən və düşünülmüş siyasi tədbirləri nəticəsində vətəndaş müharibəsinin və seperatçılığın qarşısı alındı. Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. 15 iyun tariximizə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Prezident Əbülfəz Elçibəy iyulun 18-də gecə xəbər vermədən paytaxtı tərk edib anadan olduğu Orduban rayonunun Kələki kəndinə getdi. Ona dəfələrlə edilən geri qayıtmaq təklifləri cavabsız qaldı. İyunun 24-də Milli Məclis Prezident səlahiyyətlərini də Ali Sovetin Sədri Heydər Əliyevə həvalə etdi. 

      Heydər Əliyev vətəndaş müharibəsini dayandrımaq üçün S.Hüseynovu Baş Nazir vəzifəsinə təyin etdi və onu öz sayıq nəzarəti altında saxladı. Azərbaycan ərazisini parçalamq təhkükəsini aradan qaldırmaq üçün böyük səylər göstərdi.Ə.Hümbətov 1993-cü ilin avqust ayında Respublikaının 7 cənub rayonunda “Talış Muğan Respublikası” yaradıldığını elan etmişdir. Heydər əliyev həmin bölgəədn olan deputatlar və ziyalılar və ağsaqqallarla görüşdü, televiziya vasitəsi ilə bölgə əhalisinə müraciət etdi. Kor-təbii mitinq dalğası Ə.Hümbətov və onun əhatəsini süpürüb atdı və “TMR” ləğv edildi.  Beləliklə Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı. 

     1993-cü il oktyabrın 3-də ümumilli lider Heydər Əliyev Respublikanın prezidenti seçildikdən sonra dövlət müstəqilliyimizin mömkəmlənməsi, qorunması və inkişafı naminə çox böyük işlər həyata keçirdi. 


     2020-ci ilin 27 sentyabr tarixindəb başlanan “Dəmir Yumruq” adı altında Vətən Müharibəsi ölkə prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında Müzəffər ordumuzun qələbəsi ilə başa çatdı. 30 illik həsrətə 44 gün ərzində son  qoyuldu., ölkəmizin ərazi bütövlüyü təmin olundu. 

     Müstəqil dövlətçiliyimizin əsasını qoyan Heydər Əliyev siyəsəti bu gündə ölkə başçısı Ali baş Komandan İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir. 

Akif Rüstəmov,

Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.