Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Özbəkistan Azərbaycanın haqq işi uğrunda mübarizəsini daim dəstəkləmişdir

 


      21 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə getmişdir. Azərbaycan Respublikasının Prezidentinin Özbəkistan Respublikasına səfəri zamanı onun şərəfinə Daşkənd Hava Limanında fəxri qaravul düzülmüşdür. Cənab Prezidenti rəsmiyyətdən başqa dost, qardaş mehribanlığı ilə Özbəkistan Respublikasının baş naziri Abdulla Aripov və digər hökumət adamları qarşıladı. 

     1997-ci ildə Ulu öndər Heydər Əliyevin Özbəkistana səfəri çox məmunluqla qarşılanmış və iki dövlət Azərbaycan və Özbəkistan arasında bir çox mühüm sənədlər imzalanmışdır. İndiki səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şovkeat Mirziyoyev arasında iyirmiyə yaxın sənəd imzalanmışdır. Demək olar ki, "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə" imzalandı. Səfər zamanı ölkə başçımız Özbəkistanın bir çox tarixi yerlərini ziyarət etdi. Onu da qeyd edim ki, Özbəkistan iştirak etdiyi beynəlxalq təşkilatların toplantısında Azərbaycanın haqq işi uğrunda mübarizəsini daim dəstəkləmişdir. İmzalanan sənədlərdə Azərbaycan və Özbəkistan arasında hərbi və hərbi texnika sahədə əməkdaşlıq sənədi öz əksini tapmışdır.

      Səfər çərçivəsində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın açılışı olmuşdur. İki dost və qardaş ölkə arasında olan bu xoşməramlı hadisə Ulu Öndərin Özbəkistan səfərinin 25 illiyinə təsadüf etmişdir. 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının toplantısında Özbəkistan Prezidenti Şovkeat Mirziyoyev Füzuli şəhərində məktəb tikintisinin Özbəkistan büdcəsinin vəsaiti hesabına inşa ediləcəyini bildirmişdir. Artıq 960 yerlik məktəbin inşası üçün üç hektarlıq ərazi ayrılmış, ilkin işlərə başlanmışdır. Dini bir, dili bir olan Özbəkistanla Azərbaycan arasındakı bu münasibətlər dostluğun, əsil doğma qardaşlığın rəmzidir.

Məmməd Nağıyev,

Xocalı rayon ziyalısı, Respublikanın əməkdar həkimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.