Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayonunda bir qrup dövlət qulluqçusu mükafatlandırılıb

      Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

      23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Xocalı rayon İcra Hakimiyyətində tədbir keçirilib. 

      Tədbir iştirakçıları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Heydər Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.

      Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir" sözünü öz işlərində şüar edən Xocalı rayonunda dövlət qulluğu sahəsində çalışan şəxslər sadəqətlə dövlətə və dövlətçiliyimizə xidmət edirlər. Çətin və məsulliyyətli, eyni zamanda şərəfli peşə sahibləri gündən-günə inkişaf edən, qələbədən qələbəyə addımlayan dövlətimizin daha da möhkəmlənməsi uğrunda ilhamla öz peşə borclarını yerinə yetirirlər.  

       Rayonumuzun dövlət qulluqçuları da hər il dövlət başçısının diqqətindən kənarda qalmır, müxtəlif  orden və medallarla təltif olunurlar. 

        Dövlət qulluğunda səmərəli fəaliyyəti dəyərləndirən bir qrup dövlət qulluqçusu rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov tərəfindən fəxri fərmanlarla təltif olunublar. Şahmar Usubov bütün dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edib, Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə öz vəzifə səlahiyyətlərini yerinə yetirmələri istiqamətində uğurlar arzulayıb.








Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.