Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayonunun 12 tam orta məktəbində 142 məzun üçün "Son zəng" çalındı

İyunun 14-də Respublikamızın bütün ümumtəhsil ocaqlarında olduğu kimi, Xocalı rayon tam orta məktəblərində də ənənəvi “Son zəng” tədbirləri təntənəli şəkildə keçirildi. Xocalı şəhər 4 saylı tam orta məktəbinin “Son zəng” tədbirində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov da iştirak etdi. 

Əvvəlcə Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi yad olundu.

Şahmar Usubov çıxış edərək dövlət və dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açdı. Bildirdi ki, rayonumuzun şagirdləri ildən-ilə ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edir. “Son zəng” günü münasibətilə məzunları təbrik edən rayon icra başçısı onlara müstəqil həyatda uğurlar arzuladı.

Sonra tədbirdə bir-birindən maraqlı vətənpərlik ruhunda kompozisiyalar nümayiş olundu, məzunlar məktəb haqqında mahnılar ifa etdilər.

“Son zəng” çalındıqdan sonra "Bilik açarı"nı birincilərə təhvil verən məzunlar məktəbə əlvida dedilər.

Son zəng tədbirlərində Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə rəhbərləri və  digər təhkim olunmuş ziyalılar iştirak etdilər.

 Qeyd edək ki, Xocalı rayonunun 12 tam orta məktəbində 142 məzun üçün "Son zəng" çalındı. 


 










Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.