Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayonunun ictimai-siyasi həyatında fəal mövqe nümayiş etdirən təhsil işçiləri Fəxri Fərmanla təltif edildi

İyunun 9-da Xocalı İcra Hakimiyyətinin Akt zalında rayonun ictimai-siyasi həyatında fəallıq göstərən təhsil işçiləri ilə görüş keçirildi. Görüşdə Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə, Müzəffər Ordumuzun hünəri və xalqımızın həmrəyliyi sayəsində əldə etdiyimiz şanlı qələbədən söz açdı. Bildirdi ki, Cənab Prezidentimiz Vətən müharibəsi zamanı informasiya müharibəsində də qalib oldu. Dövlətimizin haqlı mövqeyini dünyaya çatdıran Cənab Prezident qırx dörd gün davam edən müharibə dövründə 11 ölkənin 26 KİV-nə müsahibələr vermişdir. Beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və siyasi reallıqlara əsaslanma həmin müsahibələrin məzmununu təşkil edirdi. Bütün bunlar həm döyüşən əsgərlərimizə, həm də arxa cəbhədə misilsiz əməyi olan xalqımıza böyük mənəvi ruh verdi.

Lamiyə Qarayeva çıxışında vurğuladı ki, dövlətçiliyimizin müdafiəsi naminə hər kəs öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə çalışmalıdır. Sosial şəbəkələrdə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı öz mövqeyini bildirməlidir. Azərbaycanın milli maraqlarınının, dövlətimizin mənafeyininin qorunmasında, indiki və gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılamasında təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür.

Yeni Azərbaycan Partiyasının Aşağı Ağcakənd qəsəbəsində təhsil sahəsi üzrə ərazi ilk partiya təşkilatının sədri Nəcəf Həsənov çıxışında müasir dövrün tələbi olan sosial şəbəkələrdə aktiv fəaliyyət göstərərək dövlətçiliyimizi müdafiə etməyin vacibliyini qeyd etdi. Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin, həmçinin milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin əhəmiyyətindən danışdı.  

Sonra Lamiyə Qarayeva rayonumuzun ictimai-siyasi həyatında fəallıq göstərən təhsil işçilərinə Fəxri Fərman təqdim etdi.

Təltif olunan ziyalılar onların ictimai-siyasi mövqeyinə verilən qiymətə görə minnətdarlıqlarını bildirdilər. Dövlətçiliyimizin möhkəmlənməsi və rayonumuzun inkişafı naminə gördükləri işləri mənəvi borcları olduğunu ifadə etdilər.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi. 










   




























Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.