Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan Xəzəryanı dövlətlərlərlə qarşılıqlı əməkdaşlığa böyük önəm verir



2018-ci ildə Aktauda V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addım olmuşdur. Konvensiya regionumuz və ölkəmiz üçün, mühüm addım olmaqla yanaşı eyni zamanda, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir. Bu sənəd dövlətimizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir. Azərbaycanın Xəzəryanı ölkələrlə əlaqələrinin qarşılıqlı etimada, dostluğa, xoş niyyətə əsaslanması konvensiyanın ərsəyə gətirilməsində mühüm rol oynamışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsi çərçivəsində mühüm  sənədlər imzalanıb.Bu sənədlər təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, mühüm əhəmiyyət kəsb edən müxtəlif sahələri əhatə edir.

Dövlət başçısı qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq olduğunu diqqətə çatdırıb.

Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Xəzəryanı dövlətlər arasında nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanmış sənəd bizim əməkdaşlığımıza  mühüm töhvə verir.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rola sahibdir. Transxəzər beynəlxalq nəqliyyat marşrutu  Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməsinə kömək etməklə bərabər, nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır.

Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan regionda geniş əməkdaşlıq imkanları açan yeni reallıqlar yaradıb. Yaranan yeni reallıqlar bütün bölgə dövlətləri arasında geniş əməkdaşlıq perspektivləri açır. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görülməyə başlayıb. Artıq Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur dəhlizinin yaradılması respublikamızın nəqliyyat-daşıma imkanlarını daha da genişləndirəcəkdir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaqdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bir sıra layihələr nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə, tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə verir və Azərbaycanın tranzit potensialını daha da gücləndirir.

Mirvari Nəcəfova,

Xocalı rayonu Kosalar kənd sakini

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.