Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Bayrağımıza kəc baxanın gözü kor, haqqımıza nahaq deyənin dili lal olacaq

      15 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən Prezident İlham Əliyev qarşıya qoyulan hədəflərin vaxtında icrası və gələcəkdə qarşıda gözlənilən həlli vacib məsələlərdən danışdı. Biz yaxın xarici dövlətlər, yəni qonşu dövlətlər olan Rusiya, İran və Gürcüstanla diplomatik əlaqələrimizi inkişaf edən xətlə irəliyə aparırıq. Təəsüflər olsun ki, işğalçı Ermənistan hələ də 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyənatın müddəalarını yerinə yetirmədiyinə görə Azərbaycanın başçılıq etdiyi həyati əhəmiyyətli qlobal layihələrdən kənarda qalmışdır.


Azərbaycan hökuməti şəhid ailələri, qazilər və müharibə əlilləri üçün gördüyü işləri Ermənistanla müqayisə etməyə dəyməz. Çünki Azərbaycanın bu sahədə gördüyü işlər yüzlərlə və minlərlə ifadə olunduğu halda Ermənistanın bu sahədə gördüyü iş sıfra bərabərdir. Azərbaycanın Quşulmama Hərəkatına başçılıq etməsi 2023-cü il üçün yekdilliklə davam etməsi qəbul edilmişdir. Bu iş artıq 120 dövlətin Azərbaycana həm siyasi, həm də iqtisadi sferada dəstək verməsinə əyani sübutdur. Azərbaycan hərbi sahədə gündəlik inkişaf dinamikası, Silahlı Qüvvələrimizin Beynəlxalq səviyyədə güclü ordular sırasında adddımlaması bir daha torpaqlarımızın müdafiəsinin əmin əllərdə olduğunu gösatərir. Biz işğaldan azad edilmiş ərazilərimizlə bərabər, Şərqi Zəngəzuru da qurub inkişaf etdirəcəyik. Xocalı, Xankəndi, Ağdərə ərazilərində üçrəngli bayrağımızın dalğalanması ilə quruculuq işləri başlanacaq. Şuşa, Laçın, Kəlbəcər ərazilərində aparılan quruculuq işləri bu məsələnin labüdlüyünə bir daha sübutdur. Bayrağımıza kəc baxanın gözü kor, torpağıma səf addım atanın ayağı şikəst, haqqımıza nahaq deyənin dili lal olacaq. Tanrı millətimizi, dövlətimizi, Müzəffət Ali Baş Komandanımızı bütün bəlalardan hifz eləsin.

Ziya Əliyev,

Xocalı rayon gənci

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.