Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Göy Xəzərim – qürur yerim

 


    29 iyun 2022-ci il tarixində Aşqabadda Xəzəryanı dövlət başçılarının VI zirvə toplantısı keçirilmişdir. Sammitə sədrlik edən Türkmənistan Prezidenti çox böyük məmnuniyyət hissi ilə çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə verdi. Dövlət başçımız əvvəlcə söz verildiyi üçün qardaş Türkmənistan Prezidentinə öz təşəkkürünü bildirdi. Sonra Türkmən xalqının ağsaqqalı Qurbanqulu Berdumuhəmmədovun ad gününün sammit ərəfəsinə təsadüf etdiyini bildirdi. Xəzəryanı dövlət başçılarına müraciət edən İlham Əliyev bu dövlətlərin bir-biri ilə qarşılıqlı münasibətlərindən danışdı. Xəzərin statusunu hələ 2018-ci ildə Aktauda keçirilən sammitdə müzakirə edildiyini qeyd etdi. Xəzəryanı dövlətlər bir-birilə hidrometerologiya sualtı faydalı qazıntılar, Xəzərin biomüxtəlifliyinin qorunması sahəsində 2018-ci ildə Aktauda keçirilən görüşdə qəbul olunan qanunlara əsasən əməkdaşlıq edir. Xəzər hövzəsi şərq-qərb, şimal-cənub nəqliyyat və kommunikasiya əlaqəsi rolunu oynayır. Bundan əlavə fövqaladə hallar zamanı xəbərdarlıq və qarşılıqlı yardım məsələsində gündəmdədir. İmzalanmış müqaviləyə əsasən Xəzərin dibinin bölünməsi də qarşılıqlı əlaqələr nəticəsində öz həllini tapmışdır. Xəzəryanı dövlətlər ərazi bütövlüyü və təhlükəsizlik məsələsində də bir-birinə qarşılıqlı yardım barədə razılığa gəlmişlər. Xəzəryanı dövlətlərin ikitərəfli və çoxtərəfli müqavilələrinə əsasən onlar bir-birinin təhlükəsizliyinə əngəl törətməməli və daxili işlərinə qarışmamalıdır. Xəzəryanı dövlətlər təhlükəsizlik və rentabeli nəqliyyat əlaqəsi, ekoloji durumun qorunması işində də bir-birilə sıx əlaqədədir. Bu birlik regionun və dünayaya çıxışın, insanların rifahı naminə irəliləyişin tərəfdarıdır. Azərbaycanın bu birlikdə rolu və fəaliyyəti daim təqdirəlayiq qəbul olunur.  

Xatirə Həsənova,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.