Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

İndi Xəzər onun sahilində yerləşən dövlətlər üçün dostluq və qardaşlıq dənizi statusunu daşıyır

 

      Azərbaycanı dünyada tanıdan və məşhurlaşıran coğrafi məkanlardan biri, bəlkə də ən əsası Xəzər dənizidir. Xəzər özünün gözəlliyi, bioloji zənginliyi, zəngin karbohidrogen ehtiyatları ilə dünyanın diqqət mərkəzindədir. Xəzər dənizi eyni zamanda beş Xəzəryanı dövlətin sərhəddinin kəsişməsində yerləşdiyi üçün daha böyük strateji əhəmiyyətə malikdir. Xəzər beş xəzəryanı dövlətin sərhəddini müəyyən etməklə bərabər, həm də həmin dövlətlər arasında sülhün və qardaşlığın simvoluna çevrilmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

       Hələ müstəqilliyin bərpasının ilk illərindən Azərbaycan Xəzər hövzəsinin beş xəzəryanı dövlət arasında sektorlar üzrə bərabər şəkildə bölünməsi təklifini irəli sürdü. Əvvəllər bəzi xəzəryanı dövlətlər ölkəmizin təklif etdiyi variantı qəbul etmək istəmədilər. Lakin zaman keçdikcə, bütün xəzəryanı dövlətlər Azərbaycanın konstruktiv və qətiyyətli mövqeyini qəbul etmək məcburiyyətində qaldılar. Bununla da Xəzərin statusuna müəyyənlik gətirildi. İndi Xəzər onun sahilində yerləşən dövlətlər üçün dostluq və qardaşlıq dənizi statusunu daşıyır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

      İyunun 29 - da Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının növbəti 6 - cı Zirvə Toplantısı keçirilmişdir. Toplantıya ev sahibliyi edən Türkmənistan respublikasının prezidenti Sərdar Qurbanquluyeviç Berdiməhəmmədov toplantını açıq elan etdi və iştirakçılara uğurlar arzuladı. Zirvə Toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərdar Berdiməhəmmədova səmimi qəbul üçün təşəkkür etdi və bu toplantının Türkmən xalqı üçün, eyni zamanda qonşu ölkələrlə dostluq münasibətlərinin qurulmasında əvəzsiz xidmətləri olan, Türkmənistan respublikasının eks prezidenti Qurbanqulu Məlikquluyeviçin doğum gününə təsadif etməsindən məmmnunluq duyduğunu bildirdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

      Ölkə başçısı qeyd etdi ki, 6 - cı Zirvə Toplantısına qədər keçirilən görüşlərdə bir çox müqavilələr və sənədlər omzalanmışdır və onların xeyli hissəsi artıq qüvvəyə minmişdir. Xəzəryanı dövlətlər arasında təhlükəsizlik, hidrometrologiya,​ nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanılması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Məlumdur ki, Azərbaycan Şərq - Qərb və Şimal - Cənub dəhlizlərinin mərkəzində yerləşir və bu amil ölkəmizi qonşu dövlətlərlə daha sıx şəkildə əməkdaşlıq etməyə sövq edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       

        Ölkəmiz qeyd olunan dəhlizlərin daha effektiv fəaliyyət göstərməsi üçün bir çox iri layihələr həyata keçirir. Ələt Beynəlxalq Ticarət Dəniz Limanının istifadəyə verilməsi belə iri layihələrdəndir. Bu layihə Beynəlxalq yükdaşımaların həcmini günbəgün artırmaqdadır. Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar yeni imkanlar yaratmaqdadır. Artıq Zəngəzur dəhlizi reallaşmaq üzrədir. Bu dəhlizin açılması Şərqi Zəngəzurun və bütövlükdə Zəngəzur mahalının inkişafına böyük töhfə verəcəkdir. Nəqliyyat dəhlizlərinin fəaliyyəti təkcə bir ölkə üçün deyil, bütün region ölkələri üçün, region ölkələrinin iqtisadiyyatı üçün böyük səmərə verəcəkdir. Bu işlərin reallaşmasında ölkəmiz yenə də öz lider mövqeyini nümayiş etdirməkdədir. ​ 

Nəcibə Ramazanova, ​ ​ ​ ​ ​

Xocalı rayonundan məcburi köçkün, ​Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.