İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Qoşulmama Hərəkatının yaradılması 1955 -ci ildə Bandunq konfransında irəli sürülüb. 1961 - ci ildə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub. Ölkəmiz bildiyimiz kimi Qoşulmama Hərəkatı ailəsinə 2011 -ci ildə qoşulub. 2019 - cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı təşkil edildi və müvəffəqiyyətlə keçirildi. Qoşulmama Hərəkatının hazırda 120 üzvü vardır. 2019 - cu ildən 2022 - ci ilə qədər 120 ölkənin yekdil qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına sədr seçildi. Ölkəmizə qoyulan hörmət, Prezidentimizin fəaliyyətinin qiymətləndirilməsinə görə İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi 2023 - cü ilin sonuna qədər uzadılıb. Ölkəmiz fəaliyyətə başlayan ilk gündən həmrəylik, qarşılıqlı dəstək, əməkdaşlıq, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işinə müdaxilə etməmək kimi prinsiplərin təşviqinə töhvəsini verməyə çalışmışıq. İlham Əliyevin sədrlik etdiyi vaxtlarda bütün ölkələr, eyni zamanda Azərbaycan ölkəsi də COVİD-19 xəstəliyi ilə mübarizə aparırdı. Ölkəmiz 2020 - ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısını keçirdi. Pandemiya ilə mübarizəni yaxşılaşdırmaq üçün ilkin addımlar atılırdı. Səylərimiz təkcə həmrəyliyin, dəstəyin təmin edilməsinə yönəlməmişdi, eyni zamanda tibbi və humanitar yardımlar da edilməyə başlanıldı. Ölkəmiz Qoşulmama Hərəkatının sədri olaraq həmişə bir ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək. Qoşulmama Hərəkatına üzv dövlətlərinin böyük dəstəyinin şahidi olmuşuq. Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatını blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük təşkilatdır. Azərbaycan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bütün üzv dövlətlərin maraqlarına uyğun qurulması üçün mövcud mexanizm və resurslardan istifadə edib. Sonda "Bakı Bəyannaməsi" və "Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə " qəbul edildi. Təşkilatın sədri loqosu və bayrağı təsdiq olundu.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransından sonra iştirakçılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdilər. Əvvəlcə Füzuli rayonuna gələn nümayəndə heyəti Füzuli Beynəlxalq Hava limanı ilə tanış olub, Füzuli şəhərində ermənilərin törətdiyi dağıntılara baxdılar. Nümayəndə heyəti Füzulidən sonra Şuşaya yola düşüb.
Qoşulmama Hərəkatının digər vacib təşəbbüsü gənclər şəbəkəsidir. Növbəti ay Bakıda başqa bir tədbir, "Qoşulmama Hərəkatının Gənclər Sammiti" keçiriləcəkdir. Biz gənclər də Qoşulmama Hərəkatının inkişafı və irəli getməyi üçün öz töhvəmizi əsirgəməyəcəyik.
Aytən Həsrətova,
Xocalı rayon Qaragav kənd tam orta məktəbinin müəllimi
Hiç yorum yok:
Yorum Gönder