Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şahmar Usubov Tərtər rayonunun Şıxarx qəsəbəsində sakinlərlə görüş keçirib

      Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iyul ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, iyul ayının 21-də Tərtər rayonunun Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşan rayon sakinləri ilə görüşüb. Görüşdə Xocalı Rayon Polis Şöbəsinin rəisi Zaur Nəbiyev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov iştirak ediblər. 
     Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətiriblər. Müraciətlər arasında iş, mənzillə təminat, Vətən müharibəsinin yaralanmış iştirakçılarına əlillik dərəcəsinin verilməsinə köməklik kimi məsələlər üstünlük təşkil edib. 
      Səsləndirilən bir çox məsələ yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə, yerində baxış keçirməklə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək məqsədilə nəzəratə götürülüb.




Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.