Bakıda Xocalı rayonundan olan şəhid ailələri və qazilərlə görüş keçirilib

      Xocalı rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilər daim diqqət və qayğı ilə əhatə olunublar.

    Bu mənada Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun tapşırığına əsasən, iyul ayının 21-də Bakı şəhərində Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı şəhər 2 nömrəli uşaq musiqi məktəbinin və Xocalı şəhər 2 saylı tam orta məktəbinin bir qrup pedaqoji kollektivi və şagirdləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə birlikdə şəhidlərimizin məzarlarını ziyarət ediblər.

       Vətən müharibəsi şəhidləri - II Fəxri Xiyabanda dəfn edilmiş Azərbaycan Ordusunun leytenantı Cavadov Namiq Rəhbər oğlunun, Binə Şəhidlər Xiyabanında dəfn olunmuş Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Abdullayev Tural Şakir oğlunun, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədov Nicat Həsən oğlunun məzarları tədbir iştirakçıları tərəfindən ziyarət edilərək şəhidlərimizin məzarları önünə dərin ehtiram əlaməti olaraq gül dəstələri düzülüb, ruhlarına fatihə oxunub.

      Daha sonra tədbir iştirakçıları Vətən müharibəsinin qaziləri - Müzəffərli Həsən Ələddin oğlu, Nəcəfov Elvin Sahib oğlu, Süleymanov Hikmət Rafiq oğlu ilə evlərində görüş keçirərək onlara mənəvi dəstək göstərib, müalicələri ilə maraqlanıblar.

      Görüşlərdə çıxış edən Lamiyə Qarayeva və digər natiqlər qəhrəman Vətən oğullarının şərəfli döyüş yolundan söz açıblar. Bildirilib ki, Vətən müharibəsinin qazalınan Şanlı qələbədən sonra xalqımızın başı ucadır. İndi qalib xalq kimi qürurla yaşayırıq. Öz canlarını, torpaqlarımızın bütövlüyü uğrunda fəda edən Vətən oğullarını xalqımızın daim yaddaşındadır. Onların ailə üzvləri diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcudur. Xocalı rayonunda şəhid ailələri, qazilər, veteran döyüşçülər hər zaman diqqətdədir, onların qarşılaşdıqları problemlərin həlli istiqamətində bütün köməkliklər edilir.

      Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse–prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

 













Yorum Gönder

Daha yeni Daha eski