Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

“Xocalının “brilliant oğlan”ı ciyutaido üzrə dünya çempionatında kuboka və qızıl medala sahib olub

      İstanbulda keçirilən kyokuşinkaykan karate və ciyutaido üzrə dünya çempionatlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Ciyutaido üzrə dünya çempionatını isə təmsilçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.

       Qürur və fəxr hissi ilə bildiririk ki, “Xocalının “brilliant oğlan”ı adlandırdığımız Abbaslı Abbas Nəriman oğlu ciyutaido üzrə dünya çempionatının kubokuna və qızıl medalına sahib olub.

      Qeyd edək ki, əslən Xocalı rayonunun Cəmilli kəndindən olan Abbas Abbaslı 2011-ci il dekabrın 12-də Bakıda doğulub. Abbas, hələ 8 yaşında ikən İstanbulda keçirilən karate kyokusinkay üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2019-cu il fevralın 14-də İranda keçirilən ciyutaido üzrə Asiya Çempionatında qızıl medal qazanıb. Abbas həmin ilin 04 may tarixində isə Azərbaycanda keçirilən Kyokişin üzrə IV dünya kubok yarışında öz yaşıdları arasında I yerə nail olaraq idman karyerasına dünya kubokunu və qızıl medalını əlavə edib.

Sevindirici haldır ki, yeniyetmə və gənclərimiz hər sahədə uğurlar qazanaraq bizim mənəvi gücümüzü artırır. Ümidli gələcəyimizdən xəbər verən Abbasın qələbələri bütün xocalıları sevindirir. İnanırıq ki, idman dünyasına uşaq yaşlarından uğurlu addımlar atan Abbasın parlaq qələbələri hələ qarşıdadır. 


                                      



Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.