Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Yeni təyin edilən icra başçılarına böyük etimad göstərilir

      25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Qəbulda Cənab Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni icra başçıları ilə görüşmüş və öz tövsiyyəsini vermişdir. Cənab Prezident onlara böyük etimad göstərildiyini bildirdi, işlərində bu etimadı doğruldacaqlarını əminliklə qeyd etdi.

    O, çıxışında ilk öncə qeyd etdi ki, son illərdə bütün rayonlarda sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində böyük işlər görülmüşdür, abadlıq, quruculuq böyük infrastruktur layihələri icra edildi. İnsanları narahat edən bir çox problemlər öz həllini tapmışdır.

    Eyni zamanda Cənab Prezident öz çıxışında bildirdi ki, müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət və qayğı göstərilməlidir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6000-dən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Bu dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür və dəstəyidir. 

      Cənab Prezident bundan sonra da vətəndaşların sosial məsələlərinin daim diqqət mərkəzində olmasını tələb etmişdir. Başçılara ölkə vətəndaşlarının rifahının dirçəlməsinə xidmət edən humanist insan olmaqlarını tövsiyyə etmişdir. 

Elnarə Həsənova,

Xocalı rayon ziyalısı 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.