Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ana dilim-mənim kimliyim

 


      1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Hər bir xalq özünü bəşəriyyətə dərin köklərə, qədim ənənələrə malik olan ana dili ilə təqdim edir. Ana dili xalqın milli-mənəvi varlığı, özünü təsdiqi, həyat tərzi, mədəni irsidir. Tarixin sərt sınaqlarından mətanətlə çıxan ana dilimiz ən dəyərli milli sərvətimizdir. Hər bir dili yaşadan xalqdır. Dilin zənginləşməsi, saflaşması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilir.

        Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dilimizin saflığının qorunması üçün çox böyük işlər görüb. Xalqımızın ümummilli lideri deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini mükəmməl bilməlidir”.

         Latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması dilimizin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən biridir. Heydər Əliyevin imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan dili günü kimi qeyd olunur.

        Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.

         Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır.

Ana dili bizim dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.

         Məşhur Azərbaycan ədəbi böyük pedaqoq Firudin bəy Köçərli ana dili haqqında deyirdi: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi dirliyidir, hər insanın həyatının mayasıdır. Ananın südü bədənin mayesi olduğu kimi ana dili də ruhun qidasıdır. Hər kəs öz anasını və Vətənini sevdiyi kimi ana dilini də sevir, onu əziz və möhtərəm tutur”.

Doğma dilim sənki varsan dünyada!

“Məndə varam”! söyləməyə haqlıyam.

Anam!Ana dilim! Ana Vətənim!

Mən bütün qəlbimlə sizə bağlıyam.

Ana dilimizi sevək və qoruyaq!

Aynur Bünyatova,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.