Şahmar Usubov rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq verdi

Sentyabr ayının 19-da rayonumuzda şəhid və qazi ailərinə göstərilən diqqət və qayğı mövzusunda hesabat xarakterli iclas keçirildi. İclasda Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdilər. 

Xocalı rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi. 

Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov ölkəmizdə şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq bildirdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. 

 Şahmar Usubov çıxışında qeyd etdi ki, əgər Bütöv Azərbaycanı görmək istəyiriksə, bu ideologiyanın həyata keçməsini ürəkdən arzulayırıqsa, onda mübarizəni daha güclü davam etdirməliyik. Görünür ki, Cənubi Qafqazda siyasi proseslər genişlənir. Dünyada həm pandemiya səbəbindən, həm də müharibə səbəbindən vəziyyət qarışıqdır. Buna görə də biz həmişə həmrəylik nümayiş etdirməli, dövlətçiliyimizə bağlı olmalı və onu qorumalıyıq

Sonra söz Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyevə verildi. Şəhriyar Quliyev məruzə ilə çıxış edərək rayonumuzda şəhid və qazi ailələrinin, müharibə vetaranlarının işlə təminatı, onların problemlərinin həllinə göstərilən köməkliklər barəsində məlumat verdi. O, çıxışında bildirdi ki, İkinci Qarabağ müharibəsi zamanı Xocalı rayonundan 164 nəfər iştirak etmişdir. Onlardan 8 nəfəri şəhid, 10 nəfəri qazi və 146 nəfəri müharibə veteranıdır. 8 nəfər şəhidin 3 nəfəri ailəli, 5 nəfəri subay olmuşdur. 8 nəfər şəhidimizdən 7 nəfəri hərbi qulluqçu, 1 nəfəri könüllü olaraq döyüşlərdə iştirak etmişdir. Şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır, onlarla mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri ilə bağlı müvafiq işlər görülür. İşsiz şəhid ailə üzvləri və qazilərin işlə təmin olunması üçün tədbirlər görülür. Ümumilikdə 20 nəfər - 10 nəfər şəhid ailəsi və 10 nəfər qazi yaşayış sahəsinə ehtiyac qismində mənzil növbəsinə götürülmüşdür.

01.09.2022-ci il tarixə kimi şəhid ailələri və qazilərə ümumilikdə 31530 manat maddi yardım, 9100 manat ərzaq yardımı edilmişdir.

164 nəfər müharibə iştirakçılarından 65 nəfəri  Xocalı şəhər sakini, 51 nəfəri Kərkicahan qəsəbə, 27 nəfəri Kosalar kəndi, 15 nəfəri Cəmilli kəndi və 6 nəfəri Meşəli kəndi sakinləridir. 65 nəfər Xocalı şəhər sakinlərindən 4 nəfər şəhid, 4 nəfər qazi və 57 nəfər müharibə veteranıdır. 51 nəfər Kərkicahan qəsəbə sakinlərindən 2 nəfər şəhid, 4 nəfər qazi və 45 nəfər müharibə veteranıdır. 27 nəfər Kosalar kənd sakinindən 2 nəfər şəhid, 1 nəfər qazi və 24 nəfər müharibə veteranıdır. 6 nəfər Meşəli kənd sakinindən 1 nəfər qazi və 5 nəfər müharibə veteranıdır. 15 nəfər Cəmilli kənd sakinləri müharibə veteranıdır.

57 nəfər Xocalı şəhər müharibə veteranlarından 22 nəfər könüllü, 15 nəfər əsgər 1 nəfər zabit, 2 nəfər gizir və 17 nəfər MAHHXHQ kimi döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra 11 nəfər işlə təmin olunmuşdur. Hal-hazırda 22 nəfər işsizdir.

45 nəfər Kərkicahan qəsəbə Müharibə veteranlarından 17 nəfər könüllü, 15 nəfəri əsgər, 2 nəfər zabit və 11 nəfər MAHHXHQ kimi döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra 11 nəfər işlə təmin olunmuşdur. Hal-hazırda 23 nəfər işsizdir.

24 nəfər Kosalar kənd Müharibə veteranlarından 12 nəfər könüllü, 6 nəfər əsgər, 2 nəfər zabit və 4 nəfər MAHHXHQ kimi döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra 4 nəfər işlə təmin olunmuşdur. Hal-hazırda 13 nəfər işsizdir.

15 nəfər Cəmilli kənd Müharibə veteranlarından 5 nəfər könüllü, 5 nəfər əsgər, 1 nəfər zabit və 4 nəfər MAHHXHQ kimi döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra 1 nəfər işlə təmin olunmuşdur.

5 nəfər Meşəli kənd Müharibə veteranlarından 3 nəfər könüllü, 1 nəfər əsgər və 1 nəfər MAHHXHQ kimi döyüşlərdə iştirak etmişdir. İşlə təmin olunan yoxdur.

Daha sonra rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrində, rayonumuzun səhiyyə, təhsil, polis idarələrində, həmçinin digər idarə, müəssisələrdə şəhid və qazi ailələrinin işlə təmin olunması, bu kateqoriyadan olan sakinlərimizə göstərilən köməkliklər barəsində müvafiq idarələrin rəhbərləri məlumat verdilər.

Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev iclasda çıxış edərək rayonumuzda fəaliyyət göstərən idarə, müəssisələrin, vətəndaş cəmiyyəti birliklərinin, qeyri hökümət təşkilatlarının İctimai Şura ilə birgə fəaliyyətinin vacibliyini vurğuladı.

Rayonumuzun icra başçısı iclasın sonunda hər bir idarə, müəssisə rəhbərlərinə müharibə veteranlarına, şəhid və qazi ailələrinə diqqət və qayğını gücləndirməyi, onların yanında olmağı, sosial problemləri ilə mütəmadi maraqlanmağı tapşırığını verdi.  



















Yorum Gönder

Daha yeni Daha eski