Təkur deyir: “Qalxıb yerinizdən durun, yatan yerdə Bəkil bəyi tutun!” Kitabi Dədə Qorqud sanki bu sözləri bu günlə səsləşir, düşmən 1300 il bundan əvvəl xain gecə hücumlarına üstünlük verirdi, yenə həmin xəyalla yaşayır. Öz əcdadlarının yolunu davam etdirir.
44 günlük vətən müharibəsində diz çöküb yalvarıb aman diləyən düşmən, hümanist addım atan Ali Baş Komandan İlham Əliyev onlara vaxt tanıdı ki, rədd olub torpaqlarımızdan getsinlər, onlar isə əllərinə keçən hər şeyi yandırıb talan etdilər.
2022-ci il sentyabr ayının 12-dən 13-nə keçən gecə erməni hərbi quldur dəstələri Zəngilandan Daşkəsənə qədər olan geniş bir ərazidə xaincəsinə gecə basqınları düzənlədilər. Hücumdan əvvəl ərazinin çətin reliyef şəraitindən istifadə edərək, təminat yollarını minaladılar, bununla fikirləşirdilər ki, Azərbaycan ordusu bu xain zərbələrdən özünü toparlaya bilməyəcək və onlar qovulduqları torpaqlarımızı yenə ələ keçirib, danışıqlarda hərbi üstünlüyü ələ alacaqlar,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi öz havadarlarının köməyi ilə məcbur edəcəklər danışıqlarda güzəştə getsin, düşmənin arzusu yenə gözündə qaldı. ATƏT dayısı çoxdan dəmir yumuruqla dəfn edildiyi bir daha sübuta yetirildi.
Azərbaycan ordusu nəinki özünü itirdi, qısa bir zamanda düşmənə sarsıdıcı zərbələr vuruldu. Düşmənin 2-i raket qurğusu, hava hücumundan müdaifə qurğuları və maşınları sıradan çıxarılmışdır. Vətən torpağının müdafiəsində 77-nəfər şəhidlik zirvəsinə yüksəldi. Erməni üçün heç bir danışığın əhəmiyyəti yoxdur, imkan olan kimi gücə əl atırlar. Layiqli cavab alınca yenə Makron və digər havadarlarına, rus ağalarına yalvarırlar. Onlar itkilərinin daha çox olduğu xəbər saytlarından məlum olur ki, onların itkiləri 400-dən çoxdur. Nəqədər ki, riyakar avropalılar var erməni sülhə razı olmayacaq.
Azərbaycan hər zaman olduğu kimi yenə beynəlxalq qanunlar əsasında öz sərhədlərini həmişə qorumağa hazır olduğunu bəyan edir. Ermənilər isə yenə inanırlar ki, havadarları Miniski qrupun dirildəcək, 30 il Azərbaycan xalqını aldadacaq, ermənilər isə Qarabağda at oynadacaq. Zaman sübut edir ki, atlarıda dayılarıda qabaqkı oyunları davam etdirə bilməyəcəklər.
Artıq kəndirbazın kəndiri, keçəlin keçə papağı başından düşüb. Azərbaycan tək deyil, Ərdoğan demişkən dünya beşdən böyükdür.
Pakistan qəzəblə girdi meydana!
Türkiyə və İsraillə dayanaraq yan-yana!
Dedi: - Məndə köməyəm Azərbaycana!
Şuşa, biz görüşdük, xoşbəxtik daha!
Şükürlər olsun, yaradan böyük Allaha!
İnanırıq ki, yaxın gələcəkdə Qərbi Azərbaycanada qayıdacağıq. Bütün qısasımızı alacağıq!
Sabir Qasımov,
Xocalı rayon ziyalısı