Oktyabr ayının 18-də Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş konfrans keçirildi. Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində keçirilən konfransda Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, YAP Mərkəzi Aparatın məsul əməkdaşı Elmar Məmmədov, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Gənclər Birliyinin üzvü Salman Salmanov, Partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir
iştirakçıları əvvəlcə Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış Yeni Azərbaycan
Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Dahi şəxsiyyətə ehtiram əlaməti olaraq abidəsi önünə gül dəstələri düzdülər.
Daha sonra
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı soyqırımı ” abidəsini
ziyarət edən tədbir iştirakçıları abidə önünə gül dəstələri düzərək şəhidlərimizə
Allahdan rəhmət dilədilər.
Xocalı
rayon Mədəniyyət Evində davam edən tədbir Dövlət Himnimizin səsləndirilməsi başladı.
Ulu
Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP
Xocalı rayon təşkilatının sədri Vahid Əliyev “Yeni Azərbaycan
Partiyasının keçdiyi yol və əldə olunmuş uğurlar” mövzusunda çıxış
etdi. Ulu öndər Heydər Əliyevin xalqımız
qarşısında xidmətlərindən danışan Vahid Əliyev bildirdi ki, dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonra ölkəmizdə baş verməsi gözlənilən vətəndaş müharibəsinin qarşısı
alındı, həcmərcliyə son qoyuldu, ictimai sabitlik təmin edildi. Ayrı-ayrı şəxslərə
xidmət edən silahlı dəstələr zərərsizləşdirildi. Ümummilli lider hakimiyyətə elə
bir zamanda qayıtdı ki, həmin dövrdə dövlətin heç bir strukturu işləmirdi.
Torpaqlarımız ard-arda işğal edilir, daxildə isə çəkişmələr baş verirdi. Belə bir mühitdə
xalqın nicatı olan Heydər Əliyev qısa vaxt ərzində ölkəmizdə hökm sürən xaosu
aradan qaldırdı və daha sonra isə uğurlu iqtisadiyyat istiqamətində addımlar
atdı. 1994-cü il sentyabrın 20-də bağlanmış “Əsrin müqaviləsi” bugünkü Azərbaycan
iqtisadiyyatının təməlini qoydu. Dövlət çevrilişi cəhdi törətməklə Azərbaycanın
inkişafına maneə olan qüvvələr istəklərinə nail ola bilmədi. Bundan sonra dərin
islahatlar kursu həyata keçirildi. Azərbaycan Konstitusiya Aktı qəbul etməklə özünün
qanunvercilik bazasını yaratdı.
2003-cü
ildən ölkəmizə rəhbərlik edən Ulu öndərin siyasi kursunun davamçısı İlham Əliyev hakimiyyətə gəlişindən sonra ilk olaraq regionların inkiafına dair dövlət proqramının
hazırlanması ilə bağlı Fərman imzaladı. Prezident İlham Əliyev həm ölkə
iqtisadiyyatını inkişaf etdirir, həm də əhalinin sosial təminatı və rifahı üçün
bütün lazımi tədbirləri görür. Bununla yanaşı, ölkə başçısı xarici siyasətdə,
eyni zamanda Qarabağ probleminin tənzimlənməsi istiqamətində qətiyyətli siyasət
apardı. Ancaq beynəlxaq təşkilatların fəaliyyətsizliyi, ikili standart mövqedə
olması məsələnin dondurulmasına aparırdı. Ali Baş Komandanımızın yaratdığı
güclü iqtisadiyyatımız, xalq-iqtidar birliyi, Ordumuzun gücü sayəsində 44
günlük müharibədə qələbə qazandıq.
Bu
gün 760 mindən artıq üzvü olan Partiyanın fəaliyyəti bütövlüklə ölkənin
inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyamızın rayon təşkilatının hal-hazırda 924 nəfər üzvü də hər zaman azərbaycançılıq, dövlətə sədaqət prinsiplərini uca tuturlar. YAP-ın VII
Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını
müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq
edilmişdir.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, YAP Veteranlar Şurasının üzvü, millət vəkili Elman Məmmədov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetinin İcraçı direktoru Vazeh Əsgərov, YAP fəalları - Meşəli kənd tam orta məktəbin müəllimi Sabir Qasımov, Xocalı şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Şahnaz Əliyeva çıxış edərək ötən 30 ildə partiyanın keçdiyi şərəfli yol haqqında danışdılar. Qeyd edildi ki, Sözlə əməl birliyi sayəsində milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının qalib, dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycanın uğurlarında böyük payı vardır. Qalib Azərbaycanımız, ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atacağı vurğulandı.
Çıxışlardan sonra uzun müddət partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə bir qrup fəal şəxsə YAP Mərkəzi Aparatının “Təşəkkürnamə”ləri təqdim edildi.
Sonda
Partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi verildi və onlara uğurlar arzulandı.