Şahmar Usubov növbəti səyyar qəbulunu Aşağı Ağcakənd qəsəbəsində keçirdi

        Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

      Oktyabrın 6-da Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri ilə birgə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbində səyyar görüş keçirdi. 

      Səyyar qəbulda səsləndirilən müraciətlər əsasən işlə təminolunma, ayrı təsərrüfat kimi qeydiyyata alınma, Vətən müharibəsi iştirakçısının əlillik dərəcəsinin təyin olunmasına köməklik və digər məsələlər barədə olmuşdur. 

      İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. 






Yorum Gönder

Daha yeni Daha eski