Soçi görüşü - Azərbaycan diplomatiyasının yeni uğuru

        “Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu. Cənubi Qafqazda sülhün əldə edilməsinə dair vahid yanaşma bir daha təsdiq edildi, istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Bunu Ermənistan bir daha qəbul etdi”.

   “Prezident İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı. Dövlətimizin başçısı çıxışında sərhədlərlə bağlı məsələyə də toxunaraq bildirdi ki, Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Biz Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, sülh müqaviləsi üzərində işə başlamağı təklif etmişik. Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında Prezident İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışdı. Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir.

      Soçi görüşünün nəticəsi kimi ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacağını bildirib: “Şübhəsiz ki, bu, Azərbaycanın böyük siyasi uğurudur. Xüsusilə, qəbul olunan Bəyanatda Rusiya Prezidentinin dəfələrlə “dəhliz” ifadəsini işlətməsi, “Qarabağ” ifadəsinə yer verilməməsi, Ermənistan tərəfinin hər zaman iddia etdiyi əsirlər və ya girovlar məsələsinə toxunulmaması, sərhədlərin delimitasiya və demarkasiyasına çağırışlar edilməsi, bütövlükdə müzakirə olunan məsələlər Azərbaycanın mövqeyini tam əks etdirir.

      Cənab Prezident bildirdi ki, Azərbaycan bu yaxınlarda 5 əsas prinsip irəli sürüb: "Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”.

      “Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatıdır”

       Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir: “Bu Azərbaycan diplomatiyasının gücüdür. Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq”.

 Vüqar İsmayılov

 YAP Xocalı rayon təşkilatının əməkdaşı

Yorum Gönder

Daha yeni Daha eski