Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir

       Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər və nəhayət 21 noyabr 1992-ci il tarixində YAP-ın təsis konfransı baş tutaraq yaradıldı. YAP-ın təsis konfransında ümummilli lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın sədri seçildi. Qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bu gün də bütün lazımi səyləri göstərirlər. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldildi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir”.

     Ulu öndərin və onun qurucusu olduğu partiyanın ən böyük uğurlarından biri də siyasi varislik məsələsinin uğurla həll edilməsi, Azərbaycanın işıqlı gələcəyinə təminat yaradılması olmuşdur. Böyük dövlət xadimi Heydər Əliyev 2003-cü ilin oktyabrın 1-də Azərbaycan xalqına müraciətində yazırdı: "Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək...Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər." Ulu öndərin layiqli siyasi varisi cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əlsəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək Ulu öndərin böyük arzularını yerinə yetirərək ölkəmizi daha yüksək inkişaf mərhələsinə çıxartmışdır.

   Azərbaycan dövlətinin uğurlu siyasəti regional enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı və bununla da həm bölgədə, həm də ümumilikdə Avrasiya məkanında yeni əməkdaşlıq formatları yarandı. Məhz bu baxımdan Prezident İlham Əliyev tərəfindən YAP-ın VII qurultayında təqdim olunan konsepsiyalar son dərəcə mühüm əhəmiyyət kəsb edir. Çünki məhz bu konsepsiyalar ölkəmizin postmüharibə dövrü üçün inkişaf proqramının əsas müddəalarını müəyyən etmiş oldu”.

Vüqar İsmayılov,

YAP Xocalı rayon təşkilatının əməkdaşı

Yorum Gönder

Daha yeni Daha eski