“Uşaq Hüquqları Aylığı" çərçivəsində Xocalı rayon Başkənd kənd tam orta məktəbində keçirilmiş tədbir

24 oktyabr 2022 - ci il tarixdə Xocalı Rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirə məktəbin pedoqoji kollektivi və şagirdlər iştirak etmişdir.

Tədbirdə məruzə ilə çıxış edən məktəbin tarix müəllimi Akif Rüstəmov bildirdi ki, “20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir.

Bu il həmin Konvensiyanın Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur.

Uşaq hüquqları haqqında Konvensiyanın implementasiyası və BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən dövlətin dövri məruzələri üzrə verilmiş tövsiyələrin icrası məqsədilə ölkədə normativ-hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, uşaqların müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Ölkədə uşaq hüquqlarının müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması, təmin edilməsi vəziyyətinin öyrənilməsi və pozulmuş hüquqların bərpası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Bu baxımdan, Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilir.

Aylığın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.

                           






Yorum Gönder

Daha yeni Daha eski