Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə düşərgə keçirilmişdir

05 avqust 2022-ci il tarixdə  Xocalı və Goranboy rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, dostluq əlaqələrinin inkişafını təmin etmək məqsədi ilə Ağcakənd qəsəbəsində günərzi düşərgə təşkil edilmişdir. Düşərgədə şəhid və qazi övladları, rayonun fəal gəncləri və idmançıları olmaqla müxtəlif kateqoriyadan olan yeniyetmə və gənc iştirak etmişdir. Düşərgə iştirakçılarının asudə vaxtlarını səmərəli keçirmələri üçün futbol, voleybol və müxtəlif əyləncəli oyunlar təşkil edildi. Sonda düşərgə iştirakçıları ətraf mühitin qeydinə qalınması və qorunması məqsədi ilə olduqları ərazini plastik torbalardan və atılmış tullantılardan təmizlədilər.





Yorum Gönder

Daha yeni Daha eski