Azərbaycan və Serbiya arasında dostluq münasibətləri getdikcə möhkəmlənir

      Hazırki zamanda ölkələr qlobal iqtisadi böhranla mübarizə aparmaqdadırlar. Hər kəs böyük itkilər vermədən böhrandan çıxmağın yollarını axtarır. İqtisadiyyatı digər ölkələrə nisbətən daha güclü olan ölkələr böhranın təsirini o qədər də hiss etmirlər. Azərbaycan güclü iqtisadi potensiala malik olan bir ölkə kimi böhrandan daha az zərərlə çıxmağa qadir ölkələr sırasındadır. Qeyd olunanları hal - hazırda Azərbaycanda gedən proseslər, dünyanı bürüyən iqtisadi böhran fonunda ölkəmizdə gedən iqtisadi inkişaf tempi bariz şəkildə göz önündə canlandırır. İndi yenicə müharibədən çıxmış ölkəmizdə geniş quruculuq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur bərpa edilir, əhalinin məskunlaşması üçün yeni şəhərlər, qəsəbələr və kəndlər salınır. Eyni zamanda bu kimi işlərlə paralel olaraq işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı və sənayenin inkişafı üçün əməli işlər görülür.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

Quruculuq işləri aparılan ərazilərimizdə müxtəlif yollarla elektrik enerjisi istehsal edən yarımstansiyalar tikilib istifadəyə verilmiş və ya hal - hazırda tikintisi davam etdirilməkdədir. Bu da ona dəlalət edir ki, Azərbaycan təkcə karbohidrogen ehtiyatları ilə deyil, həm də elektrik enerjisi ilə zəngiindir və yaxın illərdə elektrik enerjisi ixracatçısına çevriləcəkdir. İşğaldan azad edilmiş ərazilərdəki gur sulu dağ çaylarının çoxluğu yeni - yeni su elektrik stansiyalarının tikilməsi üçün çox böyük imkanlar yaradır. Əgər ötən əsrin sonlarında Azərbaycan qonşu dövlətlərdən elektrik enerjisi idxal edən ölkə idisə, indi artıq qonşu dövlətlərə və Avropaya enerji ixrac edən dövlətə çevrilmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

21 dekabr 2022 - ci ildə Serbiya respublikasının prezidenti Aleksandar Vuçiç ölkəmizə rəsmi səfərə gəlmişdir. Serbiya respublikasının prezidenti Azərbaycanda yüksək səviyyədə qarşılanmış və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, bu iki ölkə prezidentləri arasında baş vermiş ikinci görüşdür. Hər iki ölkə Başçıları qeyd etmişlər ki, Serbiya və Azərbaycan arasında çox yüksək səviyyədə dostluq münasibətləri mövcuddur və bu dostluq getdikcə möhkəmlənir. Azərbaycan və Serbiya bütün beynəlxalq görüşlərdə həmişə bir - birlərini dəstəkləmiş, bir - birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşmışlar. Ölkələrimiz arasındakı dostluq münasibətləri hər iki ölkənin ticarət dövriyyəsində də özünü bariz şəkildə əks etdirir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Görüşdə çıxış edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, biz elektrik enerjisi ixracatçısı olaraq Qara dənizin dibi ilə Ruminya və Macarıstanı, o cümlədən həmin ölkələrin ərazisindən keçməklə Serbiyanı elektrik enerjisi ilə təmin etməyi planlaşdırırıq. Hazırda bizi Azərbaycan qazının daha geniş həcmdə Avropaya ixrac məsələləri düşündürür. Bütün bu qeyd olunan layihələrin tezlklə həyata keçirilməsi üçün əlimizdə olan mövcud imkanlardan maksimum istifadə etməyə çalışırıq. Biz bu məsələləri bir ay bundan əvvəl mənim Serbiya respublikasına rəsmi səfərim zamanı da müzakirə etmişik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin son aylar mütəmadi olaraq xarici ölkələrə səfərləri və xarici ölkə başçılarının Azərbaycana etdikləri qarşılıqlı səfərlər ölkəmizin iqtisadi və siyasi inkişafına xidmət edir, Azərbaycanın mövqeyinin dünya birliyi ölkələri arasında daha da möhkəmləndirilməsinə xidmət edir. Son proseslər sübut edir ki, ölkə Başçısı cənab İlham Əliyevin istər daxildə, istərsə də xaricdə apardığı sağlam siyasət doğma Azərbaycanımıza, onun vətəndaşlarına parlaq gələcək vəd edir.​ ​ 

Ələddin Əhmədov​,

Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

Yorum Gönder

Daha yeni Daha eski