Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın illik hesabat iclası keçirilib

            Dekabrın 26-da  Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın 2022-ci il ərzində gördüyü işlərə dair illik hesabat yığıncağı keçirilib. 

İclasda İctimai Şuranın 15 üzvü iştirak edib. 

İctimai Şuranın sədri Qalib Quliyev çıxış edərək bir il müddətində görülən işlər haqqında məlumat verib. Bildirib ki, 2022-ci il iyunun 6-da Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransında iştirak ediblər.

Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocalı rayon Komitəsinin təşkilatçılığı ilə Xocalı rayon ziyalısı, 20 gün erməni əsirliyində olmuş Əliyev Arif Ədil oğlu ilə görüş keçirilib.

Qeyd edək ki, il ərzində İctimai Şuranın üzvləri ümumrayon tədbirlərində iştirak edib, qanvermə aksiyalarında, ağacəkmə kampaniyalarında və digər ictimai tədbirlərdə fəallıq göstəriblər.  Mütəmadi olaraq Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü ilə şəhid aiələri, qazilərlə görüşlər keçirilib, onların problemlərinin həlli üçün rayon icra hakimiyyəti aparatı məlumatlandırıbdır.

Keçirilən tədbirlər “Xocalının səsi” qəzetində, qəzetə aid xocalininsesi.info saytında və Azərbaycanda ilk dəfə  İctimai Şuralar üçün vahid onlayn platforma olan ictimaishura.az işıqlandırılmışdır.

xocalininsesi.info

 






Yorum Gönder

Daha yeni Daha eski