Yanvarın 27-də
xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində
Xocalı şəhər İƏD-si üzrə nümayəndəliyinin 2022-ci ildə gördüyü işlərə və qarşıda
duran vəzifələrə həsr edilmiş hesabat iclası keçirildi.
Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovla birgə, Xocalı Rayon Polis Şöbəsinin rəisi Zaur Nəbiyev, Xocalı Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Tacir Əzizov və sakinlər iştirak etdilər.
Reqlamentə uyğun olaraq hesabatı aparmaq üçün sədr və katib seçildi.
Sonra Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Tacir Əzizov hesabat məruzəsi ilə çıxış edərək ölkəmizin uğurlarından, nümayəndəliyin tabeliyində olan müəssisələrin fəaliyyətindən və 2022-ci il ərzində görülən işlərdən danışdı.
Hesabat məruzəsini qənaətbəxş qiymətləndirən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında 44 günlük Vətən müharibəsinin məntiqi nəticəsi olaraq Qarabağa Böyük Qayıdışa dair Dövlət Proqramından, əhalinin sosial rifah halının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Hesabat iclasının qərarı oxundundan sonra sakinləri narahat edən problemlər dinlənildi. Sakinlər Yuxarı Ağcakənd qəsəbəsinə piyada dayanacağının tikilməsi, qəsəbədaxili yolların təmiri, Goranboy rayonu ərazisində salınmış Yeni yaşayış massivində içməli su anbarının təmizlənməsi kimi ümumi məsələlərlə yanaşı, işlə təminolunma, ayrı təsərrüfat kimi qeydiyyata alınma və digər fərdi problemlərin həlli üçün müraciət etdilər.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi.