Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

GÖRÜŞ KEÇİRİLDİ.

                 

 13.01.2014-cü ildə, Gəncə şəhərində Şuşa rayon İH-nin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölğəsinin Azərbaycanlı icması” İctimai Birliyinin sədri - İcma rəhbəri Bayram Səfərov Şuşa və Xocalı rayonlarmm bir qrup əhalisi ilə görüş keçirmişdir. Görüşdə İH-nin müavinləri, aparat üzvləri, Xankəndi 122 saylı seçki dairəsinin sədri Rasim Hacıyev, Şuşa rayon xəstəxanasmm baş həkimi Ramik Məhərrəmov, Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev də iştirak etmişdir.
     Yerilən sualların  hamısını diqqətlə dinləyən İcma rəhbəri Bayram Səfərov bütün sualları müsbət cavablandıraraq aidiyyatı qurumlara xüsusi tapşırıqlar verdi.
     Görüşdə əsasən aşağıdakı ümumi məsələlərə toxunuldu:
   - Gəncə şəhərində müvəqqə-ti məskunlaşan Şuşa və Xocalı rayon əhalisinə salmacaq yeni qəsəbədə bir yerdə məskunlaşması üçün köməklik edilməsi, döyüşkən qüvvələrin bir çoxunun “Müharibə veteram” vəsiqəsinin ala bilməməsi, Milli Məclisin deputatları Elman Məmmədov və Flora Qasımova ilə belə görüşlərin keçirilməsi, Xankəndi şəhər İN-nin yaradılması və sair məsələlərə toxunuldu.
      İcma rəhbəri Bayram Səfərov görüşün sonunda ölkəmizin inkişaf tempinin gündən-günə yüksəldiyini, ölkə Prezidenti İl-ham Əliyev cənablarmm məcburi köçkünlərə göstərdiyi qayğıdan damşaraq aparılan daxili və xarici siyasət nəticəsində doğma ata-baba torpaqlarımıza qayıdacağımıza qəti şəkildə əmin olduğunu bildirdi.
     Şuşa rayon Şırlan kənd İcra nümayəndəsi Namiq Hüseynov illik hesabat məruzəsi ilə çıxış etdi.
     Görüş xoş ovqatla başa çatdı və razılıq hissi ilə qarşılandı.
    Görüş zamam İcma rəhbəri Bayram Səfərov özünün şəxsi vəsaiti hesabına “Xocalınm səsi” qəzetinə kompyuter dəstini bağışlayacağını bildirdi. Qəzetimiz adından cənab Bayram Səfərova minnətdarlığımızı bildiririk.
                                                                                                                                Qasım QIRXQIZLI
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi