Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

İsraildə Xocalı soyqırımı ilə bağlı fotosərgisi nümayiş olunub

               İsraildə Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya Ədalət”  kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunmuş  fotosərgi nümayiş etdirilib. Təl-Əviv Unversiteinin diaspora muzeyində təşkil olunmuş sərginin təşkilatçısı “İsrail-Azərbaycan beynəlxalq Assosiyası olub.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov, İsrailin absorbsiya naziri Sofa Landver və daxili işlər nazirinin müavini Faina Kirşenbaum, knessetin deputatları Yoel Razvozov, Rina Frenkel, Fuad Ben-Elizar, İsrailintanınmış ziyalıları iştirak edib.  Fuad Muradov çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbüsü ilə aparılan “Xocalıya ədalət” kampaniyası barədə danışıb. O bildirib ki, aparılan bu kampaniya soyqırım barədə həiqətlərin dünyaya çatırılmasında mühüm rol oynayır.

              “Azərbaycan heç kimin torpağını qəsb etməyib. Əksinə, bizim torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyon insan ev-eşiyindən didərgin düşüb. Dvlətin apardığı işlər nəticəsində məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşdırılır. Amma o insanlar geriyə qayıtmaq, öz ata-baba yurdunda yaşamaq istəyirlər. Bu işğal və zorakılıq Ermənistana yaxşı heç bir şey verməyib. Bu gün Ermənstan iqtisadi iflas həddinədir. Bizim heç bir xalqa qarşı nifrətimiz yoxdur. Ancaq nə qədər ki, Ermənistanda hakimiyyətdə korrupsiyaçı və işğalçılar oturub Azərbaycanla  sülh şəraitində yaşamaq  böyük sual altındadır. Biz dialoqa hazırıq, ancaq bir çox güclər bu sülhün baş tutmasında maraqlı deyil”-deyə F.Muradov vurğulayıb.

              Deputat qeyd edib ki, Azərbyacn özünü müdaifə etməyə tam gücü var. “Bu qüvvələr bilməlidir ki, Azərbaycan artıq əvvəlki  ölkə deyil. Bizim dövlət bir daha öz vətəndaşlarının nahaq qanının axıdılmasına imkan vermyəcək”-deyə F.Muradov bildirib.   Sərgiyə gələnlərin təəsüratı üçün  yazdıqları “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib. 
  
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi