ƏRAZİ İCRA NÜMAYƏNDLİKLƏRİNİN İLLİK HESABAT İCLASI KEÇİRİLMİŞDİR.

               2014-cü ilin yanvar aymda Xocalı, Meşəli, Cəmilli, Kosalar və Kərkicahan Ərazi Icra Nümayəndəliklərinin illik hesabat iclası keçirilmişdir. Xocalı İN-si Sovet Allahverdi-yev, Meşəli İN-si İlqar Kazımov, Cəmilli İN-si Ramiz Qəhrəmanov, Kosalar İN-si Şahid Rzayev, Kərkicahan İN-si Dərgah Haqverdiyev, 2013-cü ildə görülən işlər, baş verən nöqsanlar haqqmda geniş məruzə ilə çıxış etdilər 
               Məruzələr ətrafmda çıxış edənlər nümayəndəliklərin müsbət yöndə gördükləri işləri təqdirə layiq saydılar, baş verən nöqsanlara münasibətlərini bildirdilər.
Hesabat iclaslarmda rayon İH-nin başçısı Şahmar Usubov, məsul şəxslər iştirak etdilər, təklif və iradlarını bildirdilər.
        Kərkicahan İN-nin illik hesabat iclasında rayon İH başçısınm müavinləri Vahid Əliyev, Lamiə Qarayeva, şöbə müdiri Vaqif Ağayev, Təhsil şöbəsinin müdiri Şakir Əliyev, ƏSMM-nin baş məsləhətçisi Allahverən Kərimov iştirak etdi. İH-nin müavini Lamiə Qarayeva pedaqoji kollektivin və həkirn ambulatoriyasının işi ilə maraqlandı.
     İH-nin müavini Vahid Əliyev iclasm sonunda əhalini fərdi şəkildə qəbul etdi, problemlərinin həll olunması üçün müvafıq tədbirlərin görüləcəyini bildirdi.
        İclasda qərar layihəsi oxundu və yekdilliklə qəbul olundu. İcra nümayəndəliklərinin işi kafi qiymətləndirildi.

Yorum Gönder

Daha yeni Daha eski