.jpg)
1976 - cı ildən professional səhnədə çıxış edirdi. "Dan ulduzu" ansanbılının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə - Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli müsuqi janrında bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. Azərbaycan Respublikasının "Əməkdar arsist" fəxri adına layiq görülüb.
1990 - cı ildə ailə həyatı qurub, 3 övladı var.
27 yanvar 2014 - cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, yanvarın 28 - də Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.
Məhəbbət Kazımov vəfat edənə qədər "Laçın" instrumental ansanbılının rəhbəri olmuşdur.
Məhəbbətsiz qalan dünya, qalan dünya...