İLLİK HESABAT İCLASI KEÇİRİLDİ.

         
              İclasi iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidənin önünə  gul - çiçək dəstələri qoydular.
              Xocalı rayonunda "2013 - cü ilin sosial - iqtisadi inkişafın yekunları , 2014 - cü ildə i qarşıda duran vəzifələr" ə həsr olunmuş illik hesabat islası keçirildi . İcalası rayon İH - nin başçısı Şahmar Usubov açıq elan edərək geniş məruzə ilə çıxış etdi. 
               Məruzəçi 2013 - cü ildə görülən işlərdən hərtərəfli danışaraq 2014 - cü ildə görüləcək işlətin təhlililini verdi. 
               Məruzə sürəkli alqışlarla qarşılandı.
               Məruzə ətrafında Maliyyə şöbəsinin müdiri İlqar Əliyev, Mərkəzi Xəstəxananın baş həkimi Məmməd Nağıyev, Təhsil şöbəsinin müdiri Şakir Əliyev və Cəmillli Ərazi İcra Nümayəndəsi Ramiz Qəhrəmanov çıxış etdilər. 
               İcalasda əhalinin tibbi müayinədən keçməsi məsələsi diqqət mərkəzində saxalınıldı. 
               Aşağıda göstərilən təkiliflər dinlənildi.
               Cəmilli Ərazi İcra Nümayəndəsi: - Börü qəsəbəsinin əkinlərinin su ilə təmin edilməsi üçün tədbirlər görmək;
               Xocalı 1 saylı tam orta məktəbinin direktoru Vidadi Rəhimov : - Goranboy rayonunda salınan yeni yaşayış massivində xeyir - şər evinin tikilməsi;
               Məktəb direktoru Mətanət Zamanova Yuxarı Ağcakənd qəsəbəsinə gedən yolun əsaslı təmirə ehtiyac olduğunu bildirdi.
               Şükür Bəşirov Aşağı Ağcakənd qəsəbəsində su anbarının tikilməsi, kanalizasiya xəttinin çəkilməsi məsələsəni diqqətə çatdırdı.
               - Başkənd tam orta məktəbin direktoru Məhəmməd Məmmədov Göygöl rayonu ərazisində salınan yeni qəsəbədə xeyir - şər evinin tikilməsi məsələsini qeyd etdi.
                Meşəli tam orta məktəbin direktoru Alış Alışov əlavə sinif otaqlarının tikilməsinin vacibliyini təklif edib.
                Elxan Zamanov Börü qəsəbəsində uşaq bağçasının açılmasını xahiş etdi.
                Kərkicahan qəsəbə klubunun müdiri Əmirxan Şahmuradov Gəncə şəhərində yeni salınacaq yaşayış massivində xeyir - şər evinin olmasının vacibliyini bildirdi.
                Prezidenrt Administrasiyasının məsul əməkdaşı Rövşən Ağayev, millət vəkili Elman Məmmədov çıxış edərək bir çox məsələlərə aydınlıq gətirdilər.
                Xocalı rayonunun xəritəsinin hazırlanması, yer adlarının öyrənilməsi, uşaqların fiziki hazırlığının gücləndirilməsi məsələləri də müzakirə olundu.Eyni zamanda ailə - fermer təsərrüffatlarının yaradılmasının, kreditlərin alınmasının vacibliyi də işitrakçıların nəzərinə çatdırıldı.
                İclasın iştirakçıları İH- nin başçısı Şahmar Usubovun 2013- cü ildə gördüyü işləri kafi qiymətləndirdilər, çətin və şərəfli işində uğurlar arzuladılar. 
                İclasın sonunda qərar layihəsi yekdilliklə qəbul olundu.Ölkə Prezidenti İlham Əliyev cənablarına, dunya ölkələrinə, beynəlxalq təşkilatlara müraciət qəbul olundu və iclas xoş ovqatla başa çatdı.
                                                                                                                                       "Xocalının səsi"


Yorum Gönder

Daha yeni Daha eski