Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

ASALA FƏALININ ETİRAFI: " QARABAĞI UDUZURUQ"

"Ermənistan Dağlıq Qarabağda qələbə qazandı. Lakin hazırda
Ermənistan məğlubiyyətə doğru gedir".
ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın ASALA terror təşkilatının fəal üzvü Vazqen Sislyan deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti Qarabağ uğrunda sonadək mübarizə apara bilmədi: "Biz hazırda müharibə vəziyyətindəyik. Ermənistanın bu gün Dağlıq Qarabağla bağlı yürütdüyü siyasət məğlubiyyətə gətirib çıxaracaq",  - deyə ASALA fəalı bildirib.
Vazqen Sislyan həmçinin qondarma erməni soyqırımı haqda fikirlərini deyib. O. bildirib ki, nə Ermənistan hökuməti, nə də diasporu hələ o səviyyəyə çatmayıb ki, erməni soyqırımını dünyaya tanıda bilsin. Onun sözlərinə görə, Ermənistan hökumətinin “erməni soyqırımı”nın Türkiyəyə tərəfindən tanınması üçün heç bir gücü yoxdur.
Paylaşın:

QONDARMA ERMƏNİ SOYQIRIMINDAN TÜRKİYƏYƏ QARŞI İSTİFADƏ OLUNA BİLMƏZ

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Baş nazirin sözlərinə görə, Türkiyə Ermənistandan olan tarixçilər 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiya yaratmalıdırlar.
O qeyd edib ki, yalnız birgə araşdırma 1915-ci il hadisələrinə obyektiv qiymət verə bilər.
Türkiyənin 1915-ci il hadisələrinin araşdırılması üçün Ermənistanla birgə komissiya yaratmaqla bağlı göstərdiyi səylərə baxmayaraq, erməni tərəfi indiyədək Ankaranın müraciətinə reaksiya verməyib.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24- "erməni soyqırımı" qeyd edir. Ermənistan erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırımı törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma soyqırımını tanıyıblar.
Paylaşın:

ORDU HİSSƏLƏRİ YENİ SİLAHLARLA TƏMİN OLUNUR

«Hərbi hissələrin sayının artırılması,Silahlı Qüvvələrin quruluşunun təkmilləşdirilməsi çərçivəsində aparılan tədbirlərdəndir»
 Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu proses yeni silah döyüş texnikasının alınması, regionda hərbi-siyasi vəziyyətdəki dəyişikliklər digər faktorlarla əlaqədar aparılır.
 Nazirlikdən o da vurğulanıb ki, hərbi hissələr yeni müasir silahlar, avadanlıqlarla təmin olunur:
             "Müdafiə Nazirliyinin rəhbərliyinin məqsədi, ilk növbədə, ordumuzu müasir ordulara uyğunlaşdırmaqdan ibarətdir. Bu səbəbdən bütün istiqamətlər üzrə mütəmadi olaraq birlik, birləşmə hərbi hissələrin bütün növ vasitələrlə təminatının yaxşılaşdırılması, müasir standartlara uyğunlaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir işlər davam etdirilir".

Paylaşın:

"QARABAĞ MÜNAQİŞƏSİ AVROPADA ƏN TƏHLÜKƏLİ MÜNAQİŞƏLƏRDƏN BİRİDİR."

ATƏT sədri Didye Burkhalter ABŞ-ın münaqişələrin həllində daha yaxından iştirakını zəruri sayır

"Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli münaqişələrdən biridir"; Bunu İsveçrə xarici siyasət idarəsinin rəhbəri D.Burkhalter Vaşinqtonda Helsinki Komissiyasındakı çıxışı zamanı deyib.
D.Burkhalter bildirib ki, bu ilin əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri kimi keçirdiyi ilk görüşlərdən biri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə olub. O, beynəlxalq ictimaiyyətin münaqişənin həllində rolunu xüsusi qeyd edib: «Mən onu da qeyd etmək istərdim ki, həm Qarabağda, həm Gürcüstanda ABŞ-in yüksək siyasi səviyyədə iştirakı bizim səylərimiz üçün faydalı olardı. Əminəm ki, həlli uzanan münaqişələrin dalana dirənməsini yalnız ABŞ kimi aparıcı beynəlxalq oyunçuların diqqəti prosesə cəlb olunması ilə aradan qaldırmaq mümkündür».

D.Burkhalter amerikalı həmsədr Geyms Uorlikin fəaliyyətini yüksək qiymətləndırib.
Fəaliyyətdə olan sədrin sözlərinə görə, adi silahlar üzərində nəzarət, təhlükəsizliyin etimadın artırılması tədbirləri ATƏT məkanında sabitlik şəffaflığın möhkəmlənməsi istiqamətində birgə səylərdə əsas rol oynayır.
Didye Burkhalter çıxışında həmçinin deyib ki, Cənubi Qafqaz bölgəsinə səfər edəcək. O, səfərin tarixini açıqlamayıb. D.Burkhalter bildirib ki, Cənubi Qafqaz regionu İsveçrənin ATƏT-ə sədrliyinin prioritet istiqamətlərindən biridir.

Qeyd edək ki, ötən ilin sonlarında Cenevrədəki Humanitar Dialoq Mərkəzinin eksperti Anjelo Qnadinger ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub.
Paylaşın:

ÇOX ŞİRİNDİR DOĞMA DİLİM

           Ana dilimiz xalqımızın namusu, tarixi, vicdaındır (Səməd Vurğun)



                                                                                                                                                                Əziz vətəndaşlar, gərək öz doğma dilimizə dərin hörmət sevgi bəsləyək. Dilimizin saflığını göz bəbəyımiz kimi qoruyaq. Acı həqiqət olsa da bir çox soydaşlarımız dilimizin qrammatik qaydalarını bilmədikləri qalsın bir yana, guya çox bilirlərmiş kimi doğma dilimizi danışarkən bəzi yabancı sözlərdən istifadə edərək onun gözəlliyini itirirlər. Təəssüflər olsun ki, bunu ziyalılarımızdan da edənlər olur. Məncə insan öz dünyagörüşünü, savadını vətənə sevgisini bildirməsi üçün heç olmasa həmişə öz doğma dilində düzgün danışmağa cəhd etməli, dilimizdə danışarkən digər millətlərin dillərindən istifadə etməməlidir. Dilimiz bizim mənəvi dəyərimizdir. Dil ürəkdəki duyğuları ifadə etmək üçün vasitədir. Əsrlər boyu dilimizi məhv etməyə çalışmışlar. Bütün cəhdlərə baxmayaraq Azərbaycan xalqı öz dilini qoruyub saxlayıbdır.
    Milli liderimiz, uzaqgörən şəxsiyyət Heydər Əliyevin dilimizə olan münasibətini xüsusilə vurğulamaq lazımdır. O, ana dilinin saflığının qorunması üçün mühüm işlər görürdü. Milli lider ana dili haqqında deyirdi: "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir". 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması dilimizin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Böyük öndərin 2001-ci ilin 9 avqustunda imzaladığı "Azərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmana əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası Azərbaycan dili günü kimi qeyd olunur. Bu tarixi sənəd ana dilimizə yeni nəfəs, yüksəliş verdi.
   Dilimiz Azərbaycan xalqının keçmişi, bu gün bir xalq kimi var olmağımız gələcəyimizin güzgüsüdür. Ona görə dilimizi yabancı dillərlə korlamamaq gələcək nəsillərə olduğu kimi çatdırmaq hər bir vətəndaşın borcudur.
   Azərbaycan dili ən poetik, ən şirin, ən zəngin dillərdən biridir. Gəlin doğma dilimizin sözün həqiqi mənasında dəyərini bilək.

Çox şirindir doğma dilim

Xalçaların naxışıdır,
Nurlu bulaq axışıdır,
Dədə Qorqud alqışıdır.
Şadlıq etsin Oğuz elim
Çox şirindir doğma dilim.

Ana südü qədər təmiz,
Dilim mənə candan əziz,
Qoymaq üçün dünyada iz.
Şən nəğmələr yazır əlim,
Çox şirindir doğma dilim.

O mənim saf məhəbbətim,
Şirin-şəkər, bal-şərbətim,
Sözə yoxdur qənaətim.
Tükənməyəm varım, ləlim
Çox şirindir doğma dilim.

Qalib Nəğməkar
Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi