Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

QƏHRƏMANLAR UNUDULMUR – MİLLİ QƏHRƏMAN TOFİQ HÜSEYNOV

            Tofiq Mirsiyab oğlu Hüseynov 1954- il aprelin 19-da Xocalı 

şəhərində anadan olub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləyib, kapitanrütbəsinə qədər yüksəlib. O, 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olub, "Mixaylo" ləqəbi ilə tanınıb. O, rəhbərlik etdiyi taborla birlikdə Meşəli, Naraguğ, Mehdikənd digər istiqamətlərdə qəhrəmanlıqla vuruşub, düşmənin hərbi texnikalarını məhv edib. Mehdikənd əməliyyatı zamanı düşmənin artilleriyası, "Alazan" qurğusu məhv edilib, xeyli erməni öldürülüb, 10 nəfər əsir götürülüb. Bu əməliyyata görə ona mayor rütbəsi verilib. O, 1992-ci il fevralın 26-da düşmənlə axıra qədər vuruşub, dinc əhalinin xeyli hissəsinin təhlükəsiz yerə çıxmasını təmin edib. O, axırıncı gülləsinə qədər döyüşüb, sondaqumbara ilə özünü partladıb, 10 nəfərə yaxın ermənini məhv edib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Tofiq Hüseynov kimi qəhrəmanların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır.

Allah Sizə rəhmət eləsin, şəhidlər!
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi