Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

QONDARMA ERMƏNİ SOYQIRIMINDAN TÜRKİYƏYƏ QARŞI İSTİFADƏ OLUNA BİLMƏZ

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Baş nazirin sözlərinə görə, Türkiyə Ermənistandan olan tarixçilər 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiya yaratmalıdırlar.
O qeyd edib ki, yalnız birgə araşdırma 1915-ci il hadisələrinə obyektiv qiymət verə bilər.
Türkiyənin 1915-ci il hadisələrinin araşdırılması üçün Ermənistanla birgə komissiya yaratmaqla bağlı göstərdiyi səylərə baxmayaraq, erməni tərəfi indiyədək Ankaranın müraciətinə reaksiya verməyib.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24- "erməni soyqırımı" qeyd edir. Ermənistan erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırımı törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma soyqırımını tanıyıblar.
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi