SƏYYARİ QƏBUL

16 aprel 2014- ildə rayon İH-nin başçısı Şahmar Usubov Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşan Xocalı rayon sakinləri ilə səyyari qəbul keçirmişdir. Qəbul zamanı əsasən aşağıdakı məsələlər müzakirə olunmuşdur.
1. Hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi.
2. Əhali arasında tibbi müayinələrin keçirilməsi vəziyyəti.
Qəbulda hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi üçün təhsil mədəniyyət sahələrinin üzərinə mühüm vəzifələrin düşdüyü bildirilmiş, bir çox tədbirlərin keçirilməsi məsələsi diqqətə çatdırılmışdır.
Rayon üzrə hərbi qulluqçuların sayının 30 nəfər olduğu bildirilmiş, Kosalar ərazi icra nümayəndəliyindən isə 2 nəfərin olduğu nəzərə çatdırılmışdır. Kosalar üzrə hərbi qulluqçuların az olduğu da qeyd edilmişdir.
Rayon İH-nin başçısının tapşırığına əsasən fevralın 17-dən may ayının 1- qədər əhalinin tibbi müayinədən keçməsi həyata keçirilmişdir. Bu proses bu gün davam edir.
Rayon xəstəxanasının baş həkimi Məmməd Nağıyev çıxış edərək tibbi müayinələrin gedişi haqqında ətraflı məlumat verdi. Qanvermə aksiyasının rayon səviyyəsində keçirilməsinin vacibliyini bildirdi.
Ərazi İcra Nümayəndəsi Şahid Rzayev, Kosalar tam orta məktəbin direktoru Rasim İbrahimov, Tahir Həsənov da çıxış edərək bir çox məsələlərə toxundular. Tahir Həsənov yeni yaşayış məntəqəsinə köçürülərkən icra strukturlarının olduğu kimi qalmasını xahiş etdi.
Məktəbin direktoru Rasim İbrahimov martın 15- YAP binasında müəllim şagirdlərin görüşü keçirildiyini, növbəti görüşün may ayının 6-da olacağını bildirdi.
Doğma xalqına göstərdiyi qayğıya görə Prezidentimiz İlham Əliyevə rayon sakinləri adından minnətdarlıq bildirildi.
Qəbulda rayon İH-nin başçısı cənab Şahmar Usubov bütün məsələləri diqqətlə dinlədikdən sonra təklif iradlarını bildirdi, əhalini şəxsi şəkildə qəbul etdi.
«Xocalının səsi»

Yorum Gönder

Daha yeni Daha eski