Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

XALQA HƏSR EDİLMİŞ MƏNALI ÖMÜR.

     Azərbaycan xalqı böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olma­sının 91 illiyini böyük ruh yüksək­liyi və dərin minnətdarlıq hissi ilə qeyd edir. Ömrü xalqına, elinə xid­mət nümunəsi olan Heydər Əliyev həyatının bütün mərhələlərinin mə­nalı səhifələrini nüansları ilə birlik­də öyrənmək hər bir azərbaycanlı üçün mənəvi borc olmaqla yanaşı, həm də tükənməz qürur mənbəyi­dir.
Ümummilli lider Heydər Əli­yev 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində anadan olmuş­dur. Ailənin zəhmətkeş olması onun dünyagörüşünün formalaş­masına, əhəmiyyətli təsir göstər­miş, əməksevərlik keyfiyyətlərini şərtləndirmişdir. Heydər Əliyev ilk təhsilini Naxıçvan şəhərindəki orta məktəbdə və sonra pedaqoji texni­kumda davam etdirmişdi. Müəl­limlərinin və sinif yoldaşlarının müxtəlif dövrlərdə dərc edilmiş xa­tirələrindən məlum olur ki, gənc Heydər Əliyev təhsil aldığı illərdə elmlərin əsaslarını mükəmməl və dərindən mənimsəməklə yanaşı, ədəbiyyata və incəsənətə də böyük maraq göstərmiş, bütün parametr­lər üzrə nümunəyə çevrilmişdir. O, 1939-cu ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olmuş, orada səy və bacarıq nüma­yiş etdirmişdir. Müəyyən səbəblərə görə, 1941 -ci ildə təhsilini yarımçıq qoymalı olan Heydər Əliyev sonra­lar ADU-nun (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olaraq, 1957-ci ildə oranı müvəffə­qiyyətlə bitirmişdir.
        Sonrakı illərdə Naxçıvan Vila­yət Partiya Komitəsinin rəhbərliyi Heydər Əliyevi Dövlət Təhlükəsizlikik orqanlarına işə göndərir və bu uzaqgörənlik sonralar özünü ta­mamilə doğruldur.
   Dövlət Təhlükəsizlik orqanla­rında sıravi işçidən Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksələn və gene­ral-mayor rütbəsinə layiq görülən Heydər Əliyev burada fenomenal qabiliyyət və vətənpərvərlik nüma­yiş etdirir.
        1969-cu ilin iyul ayı cənab Hey­dər Əliyevin tərcümeyi-halında, eləcə də Azərbaycan xalqının tale­hində şərəfli mərhələlərdən birini təşkil edir. Məhz elə həmin il Hey­dər Əliyev Azərbaycan Respubli­kasının rəhbəri - Azərbaycan Kom­munist Partiyası Mərkəzi Komitə­sinin birinci katibi seçilir. 1969-cu ilin iyulundan 1982-ci ilin noyabma- dək cənab Heydər Əliyev xalqımızın həqiqətən sıçrayışlarla inkişafı­nı təmin edir. 14 il müddətində bir neçə onilliyə sığışmayan nəhəng iş­lər görülür. Azərbaycan geridə qalmış aqrar-sənaye respublikadan qabaqcıl respublikaya çevrilir. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində sənayenin aparıcı elmi-texniki tərəqqisi ilə bağlı sahələri xüsusi templə inkişaf etməyə başlayır. Neft kimyası, ma­şınqayırma, elektrotexnika, cihaz­qayırma və digər sənaye sahələri görünməmiş miqyaslarla inkişaf et­dirilir.
Heydər Əliyevin respublikada apardığı uğurlu işlər, rəsmi Mosk­vanın ədalətli dairələrinin də nəzər­lərindən yayınmamışdır. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev mərkəzə işə dəvət olundu. O, Sovet İttifaqı Kommunist Partiyası Mər­kəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Sove­ti sədrinin birinci müavini təyin edildi. Moskvada rəhbər işdə oldu­ğu müddətdə- 1982-ci ilin noyab­rından 1987-ci ilin oktyabrnadək bütün Sovet səhiyyəsi, təhsil siste­mi, nəqliyyatı Heydər Əliyevin gər­gin əməyi ilə hərəkətə gətirildi.
O illərdə Heydər Əliyevin şöh­rətini qısqanclıqla izləyən M.Qor- baçov 1987-ci ilin noyabrında onu vəzifədən uzaqlaşdırmağa nail oldu.
Təsadüfi deyil ki, Heydər Əli­yev işdən uzaqlaşdıqdan bir neçə ay sonra məlum Dağlıq Qarabağ hadisələri qaynamağa başladı. O vaxtkı nankor Azərbaycan rəhbər­liyinin qərarı ilə Heydər Əliyevin Bakıya gəlməsi yasaq edilir.
     O, Naxçıvana gedir və 1991 - 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyir. Heydər Əliyevin səyi nəticə­sində Azərbaycanın üçrəngli bay­rağı ilk dəfə Naxçıvan üzərində dalğalanır. Muxtar Respublikanı blokada və erməni təcavüzü şəraitində yaşatmaq üçün Türkiyə və İranla normal əlaqələr qurulur.
Nəhayət, Azərbaycan Respub­likasının taleyüklü problemlərinin uğurlu həllinin başlanğıcını qoy­muş tarix - 15 iyun 1993-cü il mə­qamı gəlib yetişir. Xalqın mütləq əksəriyyətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti vəzifə­sinə seçilən cənab Heydər Əliyev 1995-ci ildə Konstitusiyanın qəbul edilməsinə də nail olmuşdu.
Artıq Azərbaycan Respublika­sı müstəqillik yolları ilə inamla ad­dımlayır. Bu gün ümummilli lider Heydər Əliyev aramızda olmasa da, bu şərəfli yolu onun davamçısı Prezident İlham Əliyev çox səriştə ilə, inamla, uğurla davam etdirir. Azərbaycan xalqı hamılıqda əmin­dir ki, ulu öndər Heydər Əliyevin ləyaqətli yetirməsi olan möhtərəm Prezidentimiz İlham Əliyev siyasi varislik ənənələrini uğurla davam etdirərək xalqımızı daha işıqlı sa­baha aparacaq. Biz də ulu Tanrı­dan Prezidentimizə uzun ömür, cansağlığı arzulayırıq.

Sabahın işıqlı, günəşli olsun, Azərbaycan!
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi