Xalqımızın Ümumilli Lideri Heydər Əliyev həm də öz ailəsinə göstərdiyi
qayğı və diqqətlə seçilmiş, milli - mənəvi dəyərlərimizin qarantı kimi ailənin
müqəddəsliyinə daim böyük önəm vermişdir. Dünya arenasında həm siyasi, həm də
iqtisadi cəhətdən yüksək nüfuza malik olan müstəqil dövlətimizdə hər gün nikaha
daxil olan cütlükləri xoşbəxt gələcək gözləyir.
15 may Beynəlxalq Ailə günü Respublikamızda
geniş şəkildə qeyd olundu.Tədbirlərin davamı olaraq 16 may 2014-cü il tarixdə
Gəncə şəhəri Heydər Əliyev mərkəzində Xocalı rayon Kosalar kənd sakini
Adullayev Zaur Zakir oğlu və İsrəfilova Nərmin Afiz qızının nikah mərasimi
keçirilmişdir. Nikah mərasimi Xocalı
rayon İHB – nın Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və
Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Humanitar məsələlər üzrə müavini
Lamiyə xanım Qarayevanın iştirakı ilə baş tutmuşdur.
Azərbaycan Respublikasının Ailə
Məcəlləsinə müvafiq olaraq hər iki tərəfin qarşılıqlı razılığı əsasında bu
nikah qeyd edilmişdir.
Hazırladı: Tofiq Məmmədov
Xocalı rayon Yaloba kənd
Tarix - Diyarşünaslıq
Tarix - Diyarşünaslıq
Muzeyinin direktoru.