"BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!".

          1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti tariximizin parlaq səhifəsidir
                                                                                                         H.Ə.Əliyev


          28 May. Bu gün tariximizə Respublika günü kimi daxil ol­muşdur. Xalqımız hər il bu gü­nü böyük təntənə ilə bayram edir. Çünki həmin gün - 1918-ci il mayın 28-də bütün müsəlman Şərqində birinci olaraq bizim Vətənimizdə demokratik res­publika yaranmış, xalqımız azadlığa çıxmışdı.
1917-ci ilin fevralında Rusi­yada xalq çarı devirdi. Oktyabr ayında isə burada Sovet dövləti adlanan bir dövlət yaradıldı. Bundan bir qədər sonra Zaqaf­qaziya Sovet Rusiyasından ay­rıldı, müstəqil respublika elan edildi. Ayrıca Zaqafqaziya hö­kuməti yaradıldı. Lakin bu hö­kumətə daxil olan Azərbaycan, Gürcüstan və Ermənistan nü­mayəndələri arasında birlik yox idi. Ona görə də tezliklə dağıldı.
          Əvvəlcə Azərbaycanın Mü­vəqqəti Milli Şurası yaradıldı. Xalqımızın böyük oğlu Məm­mədəmin Rəsulzadə onun sədri seçildi. Milli Şura 1918-ci il ma­yın 28-də axşam saat 8-ə on də­qiqə işləmiş Azərbaycanın azad­lığa çıxdığını elan etdi. Azərbay­canın istiqlalını, yəni azadlığını bəyan edən bu sənəd tarixdə "İstiqlal bəyannaməsi" adlanır.
          "İstiqlal bəyannaməsi"ndə Azərbaycan həmin gündən - 1918-ci il may ayının 28-dən eti barən müstəqil dövlət elan olu­nurdu. Burada bildirilirdi ki, müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyəti (respubli­ka) şəklində idarə olunacaqdır. Bu, o demək idi ki, Azərbaycan Xalq Cümhuriyyətini Azərbay­can xalqının seçdiyi adamlar idarə edəcəkdi. Elə buna görə də müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyə­ti (Azərbaycan Xalq Respubli­kası) elan edildi. Demokratik bir dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dünyada Azərbaycan Demokratik Res­publikası (ADR) kimi tanındı.
        1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyə­ti devrildi. Azərbaycan xalqının müstəqil bir dövlət halında ya­şaması baş tutmadı.

Yorum Gönder

Daha yeni Daha eski