Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

ŞUŞANIN İŞĞALINDAN 22 İL KEÇDİ

           
 Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı XX əsrin sonunda, Qarabağın dağ­lıq hissəsində yerləşdirilmiş Er­mənistan silahlı qüvvələrinin bölmələri, digər erməni terror­çu dəstələri və Rusiyanın 366-cı moto-atıcı alayı ilə birlikdə Yu­xarı Qarabağda azərbaycanlıla­rın yaşadığı yaşayış məntəqələ­rini bir-birinin ardınca işğal et­dilər. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçinnəklə Ermə­nistan ordusu tərəfindən bütün yuxarı Qarabağ və onun ətra­fında olan 7 rayon zəbt olundu.
            Nəticədə 289 km: ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayo­nu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğ- runda döyüşlərdə 195 nəfər şə­hid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermə­nilər tərəfindən əsir götürülmüş və Şuşa həbsxanasında saxlanı­lan 114 nəfər azərbaycanlı son­radan xüsusi qəddarlıqla qətlə yetirildi. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticə­sində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədə­niyyət evi, 4 texnikumu, 2 insti­tut filialı, 7 uşaq bağçası, 4 ki­no-teatrı, 5 mədəniyyət və isti­rahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azər­baycan Xalçası Dövlət Muzeyi­nin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlam­lıq məktəbi talan edilmiş, yan­dırılmış və dağıdılmışdır.
            İşğala qədər Şuşada memar­lıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədə­niyyət və tarixi abidə var idi.
            Hazırda Şuşa rayonunun əhalisi Azərbaycanın 55 rayo­nunda müvəqqəti məskunlaş­mışdır.
            Bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azər­baycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" ad­landırılan, bir sıra görkəmli xa­dimlərin vətəni, eləcə də Azər­baycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri erməni silahlı qüv­vələrinin işğalı altındadır.

            Şuşanın abidələr şəhəri ol­duğunu söyləyən ümummili li­der Heydər Əliyev onun Azər­baycan üçün müstəsna əhəmiy­yətini yüksək qiymətləndirərək bildinnişdir ki, "Şuşasız, Qara­bağ, Qarabağsız isə Azərbay­can yoxdur".
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi